Previous Next
Bağla

Elektron dərsliklərin təbliği üçün mobil qrup yaradılıb

11-02-2016 12:38
Elektron dərsliklərin təbliği üçün mobil qrup yaradılıb

Elektron dərsliklərin ictimaiyyət arasında geniş təbliği məqsədilə tələbələrdən ibarət "Təhsil Könüllüləri" mobil qrupu yaradılıb.

Təhsil Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, "Təhsil Könüllüləri" Bakı şəhərində yerləşən məktəblərə səfər edərək şagird və müəllimlərə elektron dərslik portalında qeydiyyat, kitablardan istifadə qaydalarını izah edirlər.

Ötən ilin noyabrından başlayaraq "Təhsil Könüllüləri" mobil qrupu 3 ay ərzində Bakının Səbail, Nəsimi, Nizami, Binəqədi və Nərimanov rayonlarında 104 orta məktəbdə 20 000-dən çox şagirdə və 2 000-dən çox müəllimə elektron dərsliklərin faydaları və istifadə qaydaları ilə bağlı təlim keçiblər. Təqdimatlar fevral ayından Yasamal rayonu ərazisindəki orta məktəblərdə davam etdirilir.

Qeyd edək ki, Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq və bu istiqamətdə fəaliyyətini genişləndirərək 2014-cü ildən www.e-resurs.edu.az elektron dərslik portalını istifadəyə verib.

Portalda yerləşdirilən dərsliklərin sayı hər ay mütəmadi olaraq artırılır. 2015-ci ilin II yarımilində elektron dərslik portalına 48 ədəd elektron dərslik yerləşdirilib. Hazırda portalda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 107 ədəd elektron dərslik var. V və IX-XI sinif dərslikləri isə növbəti mərhələdə, yeni kurikuluma uyğun olaraq çapdan çıxdıqdan sonra elektron formada portala yerləşdiriləcək.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dərsliklərin 33 faizi elektronlaşdırılıb

01-12-2015

Elektron kitabların sayı 209-a çatıb

13-04-2018

Portala yeni dərsliklər əlavə olunub

23-09-2016

Elektron dərsliklərlə bağlı növbəti təlim

11-12-2015

Elektron dərsliklərlə bağlı növbəti təlim

10-12-2015

Daha iki dərslik elektron müzakirəyə çıxarılıb

15-04-2016

Elektron dərslik portalına səsli materiallar əlavə edilib

25-05-2019

Elektron dərslik portalı yeniləndi

05-10-2017

E-dərsliklərdən istifadə ilə bağlı təlim keçilib

27-10-2015

E-dərsliklərlə bağlı təlim davam edir

01-12-2015

E-dərslik portalından istifadə sayı 1 milyonu keçdi

25-12-2017

Bu gün 3 məktəbdə e-dərsliklə bağlı təlim keçirilib

08-12-2015

Bu gün 4 məktəbdə e-dərsliklə bağlı təlim olacaq

03-12-2015

Elektron dərsliklərlə bağlı növbəti təlim

09-12-2015

Elektron dərsliklərin sayı artır

04-09-2015

Portalda elektron kitabların sayı 100-ə çatıb

23-11-2015

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

Bu gün 5 məktəbdə e-dərsliklə bağlı təlim olacaq

07-12-2015

E-dərsliklərlə bağlı növbəti təlim

02-12-2015

Elektron dərslik portalından istifadə sayı açıqlanıb

04-02-2017

Daha bir dərslik elektron müzakirəyə çıxarılıb

11-04-2016

“Elektron dərsliklərin tədris prosesinə tətbiqi sürətlənməlidir”

13-10-2015

“Dərslik” portalının təqdimatı keçirilib

17-12-2013

Milli Təhsil Portalında elektron resursların sayı artırılır

08-04-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə