Previous Next
Bağla

“Dərslik” portalının təqdimatı keçirilib

17-12-2013 11:28
“Dərslik” portalının təqdimatı keçirilib
Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə layihəsi olan “Dərslik” portalının təqdimat mərasimi keçirilib.
 
Təqdimat mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, TQDK-nın sədri Məleykə Abbaszadə, müstəqil ekspertlər, dərslik müəllifləri, dərsliklərin çap edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər. 
 
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli fərmanına əsasən, yaradılmış “Dərslik” portalının ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi işinə xidmət etdiyini bildirib. Nazir qeyd edib ki, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi olaraq aydınlıq gətirəcəklər.
 
Təhsil naziri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yeni dərsliklərin yaradılmasına, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunmasına böyük diqqət ayrılması haqqında məlumat verib: “Eyni zamanda, müasir tələblər təhsilverənlər qarşısında təkcə dərsliyin məzmununu təhsilalanlara mənimsətməyi deyil, həmçinin və bəlkə də daha vacib - lazımi bilikləri necə və haradan əldə etmək yollarını onlara öyrətməyi tələb edir.
 
Ona görə də dərsliklərlə yanaşı, təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, yeni kurikulum və İKT əsasında təhsilverənlər üçün təlim metodologiyaları, metodiki vəsaitlər, didaktik materiallar və digər təlim vasitələrinin hazırlanmasını stimullaşdıran mexanizmlər də yaradılmalıdır.
 
Tərəfimizdən dərsliklərin keyfiyyətini yüksəltmək məqsədi ilə dərslik müəlliflərinə kurikulumun tələblərinin dərindən öyrədilməsinin təşkili nəzərdə tutulmuşdur. Bu işin əsas məqsədi kurikulumun əsas tələblərinin, standart və alt-standartların dərsliyin məzmununa çevrilməsi yollarının öyrədilməsi, dərsliklərin qiymətləndirilməsi meyarlarının izah edilməsindən ibarətdir”. 
 
Nazir qeyd edib ki, dərsliklərin keyfiyyəti mövzusu və hazırlanması prosesi haqlı olaraq təhsil ictimaiyyətinin və cəmiyyətin bütün təbəqələrinin hər zaman diqqət mərkəzindədir:
 
“Bir çox hallarda demək olar ki, dərslik müəlliflərinin yanaşmaları ilə onları təhlil edən təhsil ictimaiyyətinin nümayəndələri, ekspertləri və valideynlərin yanaşmalarında olan fikir ayrılığı, fərqlilik bu məsələ ətrafında olan qızğın diskussiyalar məqsədlərin fərqli görünməsi anlamına gətirib çıxarır. Əslində reallıq ondan ibarətdir ki, məqsəd eynidir. Təhsil prosesində iştirak edən hər bir valideyn, müəllif və ekspertin bir məqsədi var ki, daha keyfiyyətli dərslik təhsil sisteminə gətirilsin. Biz bu sahədə məsuliyyət daşıyan qurumlar kimi sivil fikir mübadiləsi, təhlil, iş prosesi üçün şərait yaratmalıyıq. Bu baxımdan portal böyük ümidlər yaradır”.
 
Təhsil naziri nəzərə çatdırıb ki, hər zaman dərsliklərin ümumi keyfiyyətinin təkmilləşdirilməsi üçün addımlar atılmalıdır. Bu sahədə birinci məsələ təhsil sistemindən kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə malik müəlliflərin müəyyənləşdirilməsi, həvəsləndirilməsidir. Yalnız elmi biliklərə malik olan müəlliflərin bu işlə məşğul olması kifayət etmir. Burada bir çox ixtisaslaşmış mövzular ortaya çıxır. Bunlara uşaq psixologiyası, dərsliklərdə vizual yanaşmalar, müəlliflərin bu gün tətbiq olunan məzmun tələbləri, standartlarla tanışlığı, dərsliklərin təhlili prosesində təhsilalanın, valideynin, müəllimin və ya ekspertin fikri ilə dərslik müəllifinin fikri arasında ziddiyyət təşkil edə bilən məsələlər daxildir.
 
Azərbaycanın ali təhsil müəssisələrində çalışan mütəxəssislərin orta məktəb dərsliklərinin hazırlanması prosesində iştiraka cəlb olunmasının əhəmiyyətinə toxunan nazir bununla bağlı ali məktəblərin rəhbərləri ilə ətraflı müzakirələr aparıldığını bildirib: “Dərsliklərin hazırlanmasında iştirak etməklə, ali təhsil müəssisələrinin müəllimləri, peşəkar işçiləri əlavə gəlir mənbələri əldə edəcəklər”.
Daha sonra tədbirdə “Dərslik” portalının yaranma zərurəti, mahiyyəti, strukturu, istifadə qaydaları haqqında fikirlər bildirilib və müvafiq müzakirələr aparılıb.(ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron dərsliklərin təbliği üçün mobil qrup yaradılıb

Elektron dərsliklərin təbliği üçün mobil qrup yaradılıb

11-02-2016
Dərsliklərin 33 faizi elektronlaşdırılıb

Dərsliklərin 33 faizi elektronlaşdırılıb

01-12-2015
Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009
Elektron resurslar təqdim edildi

Elektron resurslar təqdim edildi

15-12-2014
Elektron kitabların sayı 209-a çatıb

Elektron kitabların sayı 209-a çatıb

13-04-2018
Ölkəmizdə Bilik Günü qeyd edilir

Ölkəmizdə Bilik Günü qeyd edilir

15-09-2015
“Elektron dərsliklərin tədris prosesinə tətbiqi sürətlənməlidir”

“Elektron dərsliklərin tədris prosesinə tətbiqi sürətlənməlidir”

13-10-2015
Elektron dərslik portalı yeniləndi

Elektron dərslik portalı yeniləndi

05-10-2017
Daha iki dərslik elektron müzakirəyə çıxarılıb

Daha iki dərslik elektron müzakirəyə çıxarılıb

15-04-2016
Elektron dərsliklərlə bağlı növbəti təlim

Elektron dərsliklərlə bağlı növbəti təlim

11-12-2015
E-dərslik portalından istifadə sayı 1 milyonu keçdi

E-dərslik portalından istifadə sayı 1 milyonu keçdi

25-12-2017
Elektron dərslik portalına səsli materiallar əlavə edilib

Elektron dərslik portalına səsli materiallar əlavə edilib

25-05-2019
Elektron dərsliklərlə bağlı növbəti təlim

Elektron dərsliklərlə bağlı növbəti təlim

10-12-2015
E-dərsliklərdən istifadə ilə bağlı təlim keçilib

E-dərsliklərdən istifadə ilə bağlı təlim keçilib

27-10-2015
Daha bir dərslik elektron müzakirəyə çıxarılıb

Daha bir dərslik elektron müzakirəyə çıxarılıb

11-04-2016
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016
Rasim Əliquliyev: “Virtual Azərbaycan Orta Məktəbi” yaradılmalıdır”

Rasim Əliquliyev: “Virtual Azərbaycan Orta Məktəbi” yaradılmalıdır”

08-01-2009
Portala yeni dərsliklər əlavə olunub

Portala yeni dərsliklər əlavə olunub

23-09-2016
Azərbaycanda ən böyük təhsil portalının təqdimatı olacaq

Azərbaycanda ən böyük təhsil portalının təqdimatı olacaq

19-05-2009
“Turizmin əsasları”nın elektron variantı təqdim edilib

“Turizmin əsasları”nın elektron variantı təqdim edilib

25-08-2015
“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

28-08-2013
E-dərsliklərlə bağlı təlim davam edir

E-dərsliklərlə bağlı təlim davam edir

01-12-2015
2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014
Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə