Previous Next
Bağla

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019 10:20
Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində vətəndaşların ədalət mühakiməsinə çatımlılığının, o cümlədən, məhkəmələrin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə uzun müddətdir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi fəaliyyət göstərir.

Xeberler.az  bildirir ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi tövsiyə edilmişdir.

Qeyd olunan sistem məhkəmələrdə işlərə baxılmasını sürətləndirmək, informasiyaya çatımlılıq, məlumatların effektiv şəkildə sistemləşdirilməsi və təhlili, eləcə də vətəndaşların əlavə əmək və vaxt sərf etmədən məhkəmələrə müraciət edə bilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Elektron Məhkəmə” İnformasiya Sistemi Vəkillər Kollegiyası üzvlərinə də elektron qaydada məhkəməyə müraciət etmək, işə əlavə sübutlar təqdim etmək, dövlət rüsumu ödəmək, icraatlarında olan məhkəmə işlərini asanlıqla izləmək və sair imkanlar gətirmişdir.

Məlum olduğu kimi, qanunvericiliyə edilmiş son dəyişikliklərlə bir qrup işlərlə bağlı məhkəməyə müraciət, habelə dövlət rüsumlarının ödənilməsi yalnız elektron qaydada həyata keçirilə biləcəkdir.

Vəkillər Kollegiyası üzvlərinin sözügedən sistemdən istifadəsinin təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası birgə əməkdaşlıq çərçivəsində vəkillər üçün intensiv təlimlər keçirilməkdədir.

Vəkillər Kollegiyasının üzvləri təlimlərdə “Elektron Məhkəmə” İnformasiya Sistemində şəxsi kabinet yaradılması, sənədlərin kabinet vasitəsilə ötürülməsi, dövlət rüsumunun ödənilməsi, iş materiallarının əldə olunması məsələləri ilə bağlı müfəssəl məlumatlandırılır, onlara bu proses nümunələrlə izah edilir, vəkilləri maraqlandıran suallar cavablandırılır. Bu cür təlimlərin mütəmadi olaraq ölkənin bütün regionlarında fəaliyyət göstərən vəkillər üçün təşkil olunub keçirilməsi planlaşdırılır.

Qeyd olunmalıdır ki, “Məhkəmə sistemi üzrə aparılmış islahatlarla bağlı İcra və Kommunikasiya Planı” ilə bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. Vəkillər Kollegiyasını işçi qrupda Rəyasət Heyətinin aparat rəhbərinin müavini Seymur Səfərov təmsil etməkdədir.

Vəkillər “Elektron Məhkəmə” İnformasiya Sistemi ilə bağlı keçiddəki təlimatı yükləməklə, yaxud Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatına müraciət edərək onları maraqlandıran suallara cavab tapa bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

06-06-2018

Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

28-02-2024

Vəkillər üçün yeni onlayn platforma

24-10-2022

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024

“LegalAid” mobil tətbiqi vətəndaşların istifadəsinə verilib

10-08-2020

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025

Azərbaycanda süni intellektlə hüquqi yardım göstəriləcək - Yeni bot yaradılıb

02-04-2024

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb

20-05-2019

“Məhkəməyə elektron müraciət və sahibkarlara açılan imkanlar” mövzusunda onlayn müzakirə keçirilib

11-09-2020

Vəkillər Kollegiyasının rəsmi internet resursuna oxşar saxta sayt yaradılıb

03-04-2025

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

Müflisləşmə ilə bağlı müqavilə və orderlərin verilməsi elektronlaşıb

05-06-2025

Elektron kabineti olmayan sahibkarlara onlayn bildiriş göndərilməsi imkanı yaradılıb

10-06-2025

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə