Previous Next
Bağla

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

06-06-2018 18:43
Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

İyunun 6-da “Holiday Inn” otelində Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

Xeberler.az bildirir ki, iclas çərçivəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda tədbir olub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək hüquqi dövlətdə vəkillik təsisatın rolunun məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından əhəmiyyətini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu onun “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilib. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində cari ilin yanvarından etibarən Vəkillər Kollegiyasının vəkillərin və vətəndaşların bütün tələblərinə və maraqlarına cavab verən rəsmi veb-saytı hazırlanıb istifadəyə verilib. Saytın hazırlanmasında qabaqcıl Avropa təcrübəsindən yararlanılıb. Saytda vəkillərlə mütəmadi və operativ əlaqənin təmin olunması üçün şəxsi kabinetlər yaradılıb. Bu kabinetlər vasitəsilə vəkillərin Rəyasət Heyəti ilə zəruri məlumat mübadiləsi sürətləndirilib.

Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun rəhbəri Ramin Qurbanov “E-məhkəmə” informasiya sistemi" mövzusunda çıxış edib, elektron məhkəmə sisteminin səmərəliliyi və üstünlükləri, o cümlədən vəkillər üçün əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə, həmçinin Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yaradılmış “vəkil kabineti” barədə təqdimatla çıxış edib. Təqdimatda vəkil kabinetindən istifadə qaydaları, onun üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019
Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

28-02-2024
Vəkillər üçün yeni onlayn platforma

Vəkillər üçün yeni onlayn platforma

24-10-2022
Azərbaycanda süni intellektlə hüquqi yardım göstəriləcək - Yeni bot yaradılıb

Azərbaycanda süni intellektlə hüquqi yardım göstəriləcək - Yeni bot yaradılıb

02-04-2024
“LegalAid” mobil tətbiqi vətəndaşların istifadəsinə verilib

“LegalAid” mobil tətbiqi vətəndaşların istifadəsinə verilib

10-08-2020
Vəkillər Kollegiyasının rəsmi internet resursuna oxşar saxta sayt yaradılıb

Vəkillər Kollegiyasının rəsmi internet resursuna oxşar saxta sayt yaradılıb

03-04-2025
Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022
Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019
Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024
"E-vekil" mobil tətbiqinin təqdimatı olub

"E-vekil" mobil tətbiqinin təqdimatı olub

28-12-2024
“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024
Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

04-06-2024
Bloggerlərin məhkəməsi oktyabrın 7-də davam edəcək

Bloggerlərin məhkəməsi oktyabrın 7-də davam edəcək

02-10-2009
Müflisləşmə ilə bağlı müqavilə və orderlərin verilməsi elektronlaşıb

Müflisləşmə ilə bağlı müqavilə və orderlərin verilməsi elektronlaşıb

05-06-2025
“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023
“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025
Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019
Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

02-12-2019
Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018
BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi seminar təşkil edib

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi seminar təşkil edib

24-11-2023
Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir

Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir

02-04-2024
Prezident İlham Əliyev yeni fərman imzalayıb

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019
Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022
Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə