“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

04-04-2012 / 17:12
“Elektron məktəb” (e-school) sisteminə 1000-ə yaxın ümumtəhsil məktəbinin qoşulması planlaşdırılır. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib. 
Eyni zamanda siniflərin noutbuk və projektorlarla (hər sinfə1-i) təchiz edilməsi də nəzərdə tutlub. RİTN-inin gələcək planlarına isə hər bir şagirdə netbuk və ya planşetlərin verilməsi daxildir. 
Təhsil Nazirlyinə gəlincə isə o, hesabatları hazırlamağa, analizləri və proqnozları etməyə imkan verən təhsil sisteminin idarə edilməsi üzrə informasiya sistemi üzərində işləyir. 
Nazirlik həmçinin, özlərinin təhsil ehtiyaclarını təmin etmək və təhsil müəssisələri üçün “məzun - koordinasiya-informasiya" sistemini, onun informasiya bazasını yaratmaq, idarəetmə prosesində onun sistematik yenilənməsini təmin etmək məqsədilə öz kitabxanasını rəqəmsal formata keçirməyi planlaşdırır. 
“Elektron məktəb” pilot layihəsi 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı çərçivəsində həyata keçirilib. Lahiyədə 20 orta məktəb iştirak edib. 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.