Previous Next
Bağla

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018 15:50
Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

2018-2019-cu tədris ili üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə elektron sistem vasitəsi ilə şagird qəbulu davam edir.

Xeberler.az bildirir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mayın 23-dək elektron sistem vasitəsilə I sinfə qəbul üçün, ümumilikdə, 57 minə yaxın sorğu yerləşdirilib.

Belə ki, Abşeron rayonu üzrə 5589, Gəncə şəhəri üzrə 3752, Sumqayıt şəhəri üzrə 5227 nəfərin sorğusu qeydə alınıb. Həmin rayon və şəhərlər üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır.

Elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 41 701 sorğu yerləşdirilib. Onlardan 38263-ü ümumi təhsil məktəblərini, 3438-i isə lisey və gimnaziyaları seçib.

Qeyd edək ki, I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Bakı şəhəri üzrə isə məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaqla bağlı sorğu avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.

Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 15 sentyabr 2018-ci il tarixədək davam edəcək. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə I sinfə elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək üçün yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə ( HYPERLINK "http://baku.edu.gov.az/az/page/276http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə və Sumqayıt şəhərinin, Abşeron rayonunun hər biri üzrə 1 ümumi təhsil müəssisəsində Apellyasiya komissiyaları fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

I sinfə elektron qəbul başladı

22-02-2018

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

Elektron qeydiyyat başlayıb

12-06-2018

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

Uşaqların I sinfə qəbulu prosesi başlayır

28-04-2025

I sinfə elektron qəbul davam edir

19-09-2016

I sinfə elektron qəbul davam edir

30-09-2016

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

20-06-2025

I sinfə elektron qəbul başladı-Video

15-03-2017

Paytaxtda I sinfə qəbulla bağlı 39 minə yaxın sorğu yerləşdirilib

28-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə