Previous Next
Bağla

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017 11:09
I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı mayın 31-də başa çatıb.

Təhsil İdarəsindən Xeberler.az-a verilən məlumata görə, qaydalara görə, martın 15-dən mayın 31-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 359 elektron sorğu yerləşdirilib.

Bu sorğulardan 258-i ərazi üzrə olduğu üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunacaqlar. Müsabiqə üçün sorğuların sayı isə 3 101-dir.

Ümumilikdə, martın 15-dən ötən müddətdə I sinfə qəbul üzrə 43 533 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 95 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin 6 ay (15 mart-15 sentyabr) davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.

Qeyd edək ki, I sinfə şagird qəbulu üzrə onlayn qeydiyyatdan keçmiş valideyn ilk mərhələdə iyunun 15-dək övladının sənədlərini müvafiq məktəbə təqdim etməlidir. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Günel

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019
Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019
I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017
I sinfə elektron qəbul başlayır-Video

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017
I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018
I sinfə elektron qəbul başladı

I sinfə elektron qəbul başladı

22-02-2018
Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016
I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018
I sinfə e-müraciət ilə bağlı yenilik

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018
Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018
 I sinfə elektron  qəbul başladı -Video

I sinfə elektron qəbul başladı -Video

01-03-2016
Elektron qeydiyyat başlayıb

Elektron qeydiyyat başlayıb

12-06-2018
Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019
 I sinfə  6810 uşağın elektron müraciəti qeydə  alınıb

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017
Birincilərin elektron qaydada məktəbə qəbulu başlandı

Birincilərin elektron qaydada məktəbə qəbulu başlandı

05-03-2015
Xüsusi istedada malik uşaqların I sinfə elektron qəbulu başladı

Xüsusi istedada malik uşaqların I sinfə elektron qəbulu başladı

10-06-2016
1-ci sinfə qəbul üzrə elektron qeydiyyat başlayıb

1-ci sinfə qəbul üzrə elektron qeydiyyat başlayıb

09-07-2015
 I sinfə elektron qəbul davam edir

I sinfə elektron qəbul davam edir

19-09-2016
Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026
Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019
Apelyasiya komissiyası fəaliyyətə başlayır

Apelyasiya komissiyası fəaliyyətə başlayır

15-04-2019
 I sinfə elektron qəbul davam edir

I sinfə elektron qəbul davam edir

30-09-2016
Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

19-08-2024
I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə