Previous Next
Bağla

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018 15:15
I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

Fevralın 24-ə (saat14:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 30 000-dən çox sorğu yerləşdirilib.

Xeberler.az bildirir ki, onlardan 29 000-ə yaxını ümumi təhsil məktəblərini, 2 000-ə yaxını isə lisey və gimnaziyaları seçib.

Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.

Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər. Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin  mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün 22 fevral-2 mart tarixlərində BŞTİ-nin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/bakuedu.gov.az/) I sinfə qəbulla bağlı suallara cavab verilir.

Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

I sinfə elektron qəbul başladı

22-02-2018

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

Elektron qeydiyyat başlayıb

12-06-2018

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

09-08-2017

Uşaqların I sinfə qəbulu prosesi başlayır

28-04-2025

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

Birinci sinfə elektron qeydiyyat prosesində yenilik

15-01-2024

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

19-08-2024

Müraciətlər operativ cavablandırılır

10-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə