Previous Next
Bağla

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018 12:04
I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

Martın 14-nə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az)  vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 319 sorğu yerləşdirilib.

Xeberler.az bildirir ki, onlardan 34 428-i ümumi təhsil məktəblərini, 2 891-i isə lisey və gimnaziyaları seçib.

Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.

Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib.

Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qrupunda oxuyan uşaq üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməyə ehtiyac yoxdur.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin  mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün 22 fevral-2 mart tarixlərində BŞTİ-nin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/bakuedu.gov.az/) I sinfə qəbulla bağlı suallara cavab verilib.

Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılır. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start verilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

I sinfə elektron qəbul başladı

22-02-2018

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

Elektron qeydiyyat başlayıb

12-06-2018

Uşaqların I sinfə qəbulu prosesi başlayır

28-04-2025

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

09-08-2017

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

Birinci sinfə elektron qeydiyyat prosesində yenilik

15-01-2024

Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

19-08-2024

I sinfə elektron qəbul başladı-Video

15-03-2017

I sinfə elektron qəbul davam edir

30-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə