Previous Next
Bağla
REKLAM YERİ

Müraciətlər operativ cavablandırılır

10-09-2018 13:55
Müraciətlər operativ cavablandırılır

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin tətbiqi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İşçi Qrupu müraciətlərin operativ cavablandırılmasını təmin edir.

Xeberler.az bildirir ki, sentyabrın 10-na (saat 13:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 46 713, məktəbəhazırlıq qruplarına isə 18 537 şagird elektron qeydiyyatdan keçib.

Elektron qeydiyyat şəffaflığın və vətəndaşların rahatlığının təmin olunması, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İşçi Qrupu I sinfə və məktəbəhazırlıq qruplarına qeydiyyat üzrə onlayn sorğuların cavablandırılması, qeydiyyatla bağlı valideynlərin yönləndirilməsi, onlayn qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesinin tənzimlənməsi və digər məsələlərlə bağlı müraciətləri vətəndaşların qəbulu, telefon zəngi, elektron poçt və ya elektron müraciət vasitəsilə cavablandırır.

Həmçinin, bu il ilk dəfə olaraq birinci sinfə onlayn qeydiyyat prosesində valideynləri maraqlandıran məsələləri daha operativ cavablandırmaq üçün elektron sistemin “Əlaqə” bölməsi yaradılıb. “Əlaqə” bölməsində İşçi Qrupu valideynləri maraqlandıran suallara müvafiq müddət ərzində cavab verir. Bununla da valideynlərin əlavə vaxt itkisinin qarşısı alınır, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxan obyektiv ləngimələr aradan qaldırılır və müraciətlər daha operativ cavablandırılır.

Onu da qeyd edək ki, İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda hətta işdən kənar saatlarda da fəaliyyət göstərirlər. Artıq dördüncü ildir ki, birinci sinfə və ikinci ildir ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi elektron qaydada həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub

22-07-2022

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

09-08-2017

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib

18-09-2024

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

21-08-2024

Elektron qeydiyyatın vaxtı uzadılıb

25-09-2018

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019

I sinfə elektron qəbul başladı

22-02-2018

Elektron qeydiyyat başlayıb

12-06-2018

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Apelyasiya komissiyası fəaliyyətə başlayır

15-04-2019

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

19-03-2025

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

I sinfə elektron qəbul davam edir

19-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə