Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlar hazırlayıb

28-03-2014 / 10:35
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlar hazırlayıb.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son zamanlar “Facebook”da müşahidə olunan spam paylanmasının, saxta hesabların açılması faktlarının artımı istifadəçilərin virtual məkanda təhlükəsizliyini təmin etmək məqsədi ilə sosial şəbəkədən istifadə üzrə təlimatların hazırlanmasına zərurət yaradıb.
“Təlimatlarda biz istifadəçilərə bir sıra tövsiyələr təqdim edəcəyik, onlardan ən əsasları istifadəçilərin onlara gələn spamda təqdim edilən ünvana keçməməkdir, çünki bunun nəticəsində onların hesabına virus yüklənir və bu virus onların adından müxtəlif foto və videolar paylaşır. Bundan başqa, saxta “Facebook” hesabını müəyyən etmək üçün  istifadəçinin adına, soyadına və təvəllüdünə diqqət yetirmək tövsiyə edilir, bir çox hallarda saxta hesablarda təvəllüd standart rəqəm yığımından ibarət olur, misal üçün, doğum tarixi 01.01.XXXX, 11.11.XXXX il kimi göstərilə bilər”,- deyə mərkəzdə bildiriblər.   
Yaxın zamanda qeyd edilən təlimatlar Elektron Təhlükəsizlik Mərkəzinin "www.cert.az” rəsmi saytında təqdim ediləcək. (ICTnews)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə