• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

TƏHLÜKƏSİZLİK

  1. Ana səhifə
  2. TEXNOLOGİYA
  3. TƏHLÜKƏSİZLİK

Elektron Təhlükəsizlik Xidməti kameraları kiberhücumlardan qorumağın yollarını açıqlayıb

21-07-2020 / 15:49

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimaiyyətin məlumatlandırılması məqsədilə təhlükəsizlik kamerasının təhlükədə olduğunu müəyyənləşdirməyin yollarını və onları kiberhücumlardan qorumağın qaydalarını açıqlayıb. 

Aşağıdakı hallar təhlükəsizlik kamerasının təhlükədə olduğuna işarədir: 

1. Təhlükəsizlik kamerasından qəribə səslər gəlirsə – Kameranın hücuma məruz qaldığının əsas əlamətlərindən biri kameradan gələn qəribə səslərdir. Bu, kameranın haker tərəfindən işə salınması və ya idarə edilməsinin göstəricisidir. 

2. Kameranın təhlükəsizlik parametrləri dəyişdirilibsə – Kameranın sındırıldığının digər nəzərəçarpan əlaməti təhlükəsizlik parametrlərinin dəyişdirilməsi və ya şifrin standart parol olaraq təyin edilməsidir. 

3. Kamera qeyri-adi şəkildə dönərsə – Kamera hərəkətlərinizi izləyir və ya adi haldan fərqli bir istiqamətdə hərəkət edirsə, bu kameranın hakerlər tərəfindən idarə olunması ehtimalı çox yüksəkdir. 

4. Əgər LED işığı yanırsa – Kameranı açmadığınız halda LED işığı yanırsa, bu, kameranın başqası tərəfindən idarə olunduğunu göstərir. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti təhlükəsizlik kameralarını kiberhücumlardan qorumaq üçün aşağıdakı qaydalara əməl edilməsini tövsiyə edir:

  • Təhlükəsizlik kameralarını yalnız nüfuzlu və etibarlı təchizatçıdan alın. Ən vacib addım kameranı almazdan öncə məhsulun təhlükəsizlik səviyyəsi (ötürülən məlumatların şifrlənib-şifrlənmədiyi, şifrlənmənin etibarlılığı, proqram təminatı yeniləməsinin mümkün olub-olmadığı, texniki dəstək xidməti və s.) barədə məlumat əldə etməkdir. 
  • IP kameranın SSL/TLS və WPA2-AES şifrləməsi kimi əsas təhlükəsizlik xüsusiyyətlərinə sahib olduğundan əmin olun. Belə ki, SSL/TLS şifrlənməni dəstəkləməyən cihazlar məlumatları açıq şəkildə ötürür. Bu da IP kameraları kiberhücumlara məruz qoyur.
  • “Wi-Fi” şəbəkənizi və routeri düzgün konfiqurasiya edin. “Wi-Fi” şəbəkənizin təhlükəsizliyini təmin etmək IP kameralarınızı qorumaq üçün ilk və ən sadə addımdır. Bura WPA2-AES şifrləmədən istifadə, standart şəbəkə adının (SSID) dəyişdirilməsi, router üçün standart istifadəçi adı və parolların dəyişdirilməsi, güclü parollardan istifadə, UpnP funksiyasının söndürülməsi və digər tədbirlər daxil ola bilər. 
  • Standart şifrləri dəyişin və güclü şifrlərdən istifadə edin. Təcrübə göstərir ki, IP kameralarına kənar müdaxilənin əsas səbəbi standart şifrlərin dəyişdirilməməsi və ya şifrlənmədən istifadə olunmamasıdır. Bu olduqca təhlükəlidir. Şifr yaradarkən böyük və kiçik hərflərin, rəqəm və simvolların kombinasiyasından istifadə edin. Şifrləri mütəmadi olaraq yenilməyi unutmayın. 
  • Standart HTTP və TCP port nömrələrini dəyişdirin. Standart HTTP və TCP portunun dəyişdirilməsi kameranızın təhlükəsizliyini xeyli artıra bilər. HTTP və TCP portları uzaqdan şəbəkəyə çıxış üçün istifadə olunur. Bu iki portu 1025 ilə 65535 aralığında istənilən port nömrəsinə təyin edə bilərsiniz. 
  • HTTPS/SSL şifrlənməni aktivləşdirin. Kameranız veb-brauzer vasitəsilə girişi dəstəkləyirsə, HTTPS-i aktivləşdirmək üçün SSL sertifikatı yaratmalısınız. HTTPS-i işə saldıqdan sonra kamera və müştərilər arasında məlumat şifrlənməyə başlayır.
  • Kameranın proqram təminatını (firmware) rəsmi mənbələrdən mütəmadi olaraq yeniləyin. İstehsalçılar adətən boşluqları aradan qaldırmaq üçün proqram versiyalarını yeniləyir. İstehsalçının saytına daxil olaraq ən son yeniləmələrdən xəbərdar olun.
  • “Uzaqdan onlayn izləmə” funksiyasını söndürün. Bir çox təhlükəsizlik kamerası uzaqdan evinizi izləməyə imkan verir. Bu, eləcə də hakerlərə uzaqdan kameranıza daxil olmağa imkan verir. İstifadə etmədiyiniz müddətdə bu funksiyanı söndürün. 
  • Təhlükəsizlik sisteminə daxil olarkən istifadə etdiyiniz cihazların sayını məhdudlaşdırın. Sistemə daxil olmaq üçün şəxsi mobil telefonlar və kompüterlərdən istifadə edin. Sistem təhlükəsizliyini riskə atmamaq üçün ortaq istifadə olunan kompüterlərlə sistemə daxil olmaqdan çəkinin. 
  • Sisteminizi xarici təhdidlərdən qorumaq üçün “firewall” və antivirus quraşdırın. 
  • İstifadə etmədiyiniz müddətdə veb-kameraları söndürün. Noutbuklarda və ya kompüterlərdə veb-kameranı söndür/yandır funksiyası mövcuddur. Mümkün müdaxilə zamanı özünüzü qorumaq üçün istifadə etmədikdə bu funksiyanı söndürün. Eyni proseduru mikrofon üçün də tətbiq edə bilərsiniz. 
  • Veb-kameranızın üzərini örtün. Absurd görünsə də, veb-kameralar vasitəsilə bizi görmək və eşitmək üçün zərərli proqramlar hazırlandığından tədbirli davranmaq məcburiyyətindəyik. Yapışqan lent və ya adekvat məhsul vasitəsilə istifadə etmədiyiniz müddətdə kameranın üzərini bağlayın.
  • Şifri bərpa üçün istifadə olunan elektron poçtları qoruyun. Düşünün, bədniyyətli bütün şifrlərinizin bərpası üçün istifadə etdiyiniz e-poçta daxil olsa, nə baş verə bilər? Buna ən yaxşı alternativ hər məqsəd üçün ayrıca e-poçtdan istifadə etməkdir. 
  • Kameralarınızı hər kəs üçün əlçatmayan, təhlükəsiz yerdə quraşdırın. 
  • Onlayn izləmə üçün ictimai “Wi-Fi” şəbəkələrindən istifadə etməyin. Kibercinayətkar oxşar şəbəkə yaradaraq sizi aldada və ya bu kimi şəbəkələr hər kəs üçün əlçatan olduğundan və qorunmadığından məlumatlarınız ələ keçirilə bilər. 

Yuxarıda qeyd edilən tövsiyələr təkcə IP kameralar üçün deyil, internetə qoşulan bütün cihazlar üçün tətbiq edilməlidir. İnternet bağlantısından istifadə edən istənilən cihazı almadan öncə məhsulun kiberhücumlara qarşı nə qədər təhlükəsiz olduğunu araşdırmaq tövsiyə olunur. Cihaz konfiqurasiya olunarkən yuxarıda qeyd edilən təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi təmin edilməlidir. 

Xatırladaq ki, kiberinsidentlə üzləşdikdə www.cert.az saytı və reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

14-03-2023

“Google Chrome” brauzerində iki təhlükəsizlik boşluğu aşkar edilib

01-10-2021

Elektron Təhlükəsizlik Xidməti:“Wİ-Fİ” şəbəkənizin təhlükəsizliyini qoruyun

16-07-2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edir

13-10-2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb

28-09-2020

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

07-04-2015

Elektron Təhlükəsizlik Xidməti: Düşmən növbəti təxribatını “Periscope” vasitəsilə edir

04-10-2020

Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015

Kompüterdəki məlumatın oğurlanmasının qarşısını necə almaq olar?

12-01-2016

“Mail.ru”-nun azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücumlar olunur

09-10-2020

Nazirlik Microsoft istifadəçilərinə müraciət edib

15-04-2017

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021

Nazirlik: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

02-10-2020

Ermənistanın elektron poçt üzərindən “fişinq” hücum cəhdləri davam edir

20-10-2020

Nazirlik saytlara təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyyə edib

15-10-2020



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • Amazon süni intellekt robotlarının iş yerlərində tətbiqinə başlayıb

    12-05-2025
  • “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

    12-05-2025
  • “Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

    12-05-2025
  • İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artıb

    12-05-2025
  • “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib

    12-05-2025
  • Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

    12-05-2025
  • “Google” 3 yeni modul AES sifariş edib

    12-05-2025
  • Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

    12-05-2025
  • Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

    12-05-2025
  • Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

    12-05-2025
  • DİN: Bank kartlarından oğurluqlar davam edir

    12-05-2025
  • Bitkoinin qiyməti ilk dəfə 105 min dolları ötüb

    12-05-2025
  • Ayda istifadə olunacaq GPS aparatı hazırlanıb

    10-05-2025
  • Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

    10-05-2025
  • XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

    10-05-2025
  • Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

    10-05-2025
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Bütün xəbərlər
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • “Yahoo” “Chrome”u almaqla maraqlanır

    25-04-2025
  • Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

    29-04-2025
  • “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

    19-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.