Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları istifadə etdikləri proqram təminatlarını mütəmadi olaraq yeniləməyə çağırır.
Xeberler.az bildirir ki, proqram təminatı istehsalçıları məhsullarında aşkar edilən təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün mütəmadi onların yeni versiyalarını təqdim edir. Təqdim olunan yeniləmələrin tətbiq edilməməsi kənar şəxslər tərəfindən mövcud boşluqlardan istifadə etməklə sistemə müdaxilə edilməsi, fərdi və ya həssas məlumatların əldə edilməsi və digər bədniyyətli əməllərin həyata keçirilməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, cari ildə “Google Chrome” brauzerində aşkar edilən çoxsaylı təhlükəsizlik boşluqlarının davamı olaraq aktiv şəkildə istifadə olunan daha yeni iki
təhlükəsizlik boşluğu aşkar edilib. Mövcud boşluqları aradan qaldırmaq üçün “Google” şirkəti tərəfindən “Windows”, “Mac” və “Linux” istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləməsi – “Google Chrome” brauzerinin 94.0.4606.71 versiyası təqdim olunub.
“Google” şirkəti tərəfindən təqdim edilən son yeniləmə cari ilin əvvəlindən “Google Chrome” brauzerində aşkar edilən 14 təhlükəsizlik boşluğunu aradan qaldırır.
Təsiri: Mövcud təhlükəsizlik boşluqlarından istifadə etməklə hədəf sistemlərə nəzarətin ələ keçirilməsi ehtimal olunur. Təsir görən sistemlər: 94.0.4606.71 versiyasından öncəki “Google Chrome” versiyaları
Tövsiyə: İstifadəçilər və inzibatçılar “Google” şirkəti tərəfindən təqdim edilən yeniləmələri mütəmadi olaraq nəzərdən keçirməli və elektron təhlükənin qarşısını almaq üçün vaxt itirmədən mövcud brauzeri “Google Chrome” 94.0.4606.71 (və ya yuxarı) versiyasına yeniləməlidir.
Yeniləməni tətbiq etmək üçün “Google Chrome” brauzerinin sağ üst küncündəki üç
nöqtədən “Parametrlər (Settings)” bölməsinə daxil olmaq və ardıcıllıqla “Dəstək/Help”, “About Google Chrome” seçimini etmək tələb olunur. Yeniləmənin aktiv olması üçün brauzer yenidən başladılmalıdır.
Qeyd edək ki, bu kimi hallarda metodiki dəstək üçün www.cert.az rəsmi saytı və ya [email protected] e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri