“Google” şirkəti Avstraliyanın iki ən böyük telekommunikasiya operatoru “Telstra” və “Optus” ilə qeyri-qanuni müqavilələr bağladığına görə 30 milyon avro cərimə ödəyəcək.
Xeberler.az “Reuters”ə istinadən məlumat verir ki, bu operatorun xidmətindən istifadə edən smartfonlarda məcburi “Google” axtarış sistemi quraşdırılıb. Bunun müqabilində operatorlar “Google”nin reklam gəlirlərindən pay alıblar.
Lakin, Avstraliyada belə bir təcrübə birbaşa qanunla qadağandır: Avstraliya Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyasının bəyanatında vurğulanır ki, “rəqabətin məhdudlaşdırılması adətən istehlakçılar üçün məhdud seçimə, şişirdilmiş qiymətlərə və daha pis xidmətə gətirib çıxarır”.
“Google” bu arqumentlərlə razılaşmaq məcburiyyətində qalıb və cərimə ödəməyə razılaşıb. Korporasiya həmçinin “Android” telefon istehsalçıları və telekommunikasiya operatorları ilə bağladığı müqavilələrdən axtarış sistemlərinin əvvəlcədən quraşdırılmasına dair bəzi məhdudiyyətləri aradan qaldırmaq öhdəliyi də imzalayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları