Previous Next
Bağla

Kompüterdəki məlumatın oğurlanmasının qarşısını necə almaq olar?

12-01-2016 11:13
Kompüterdəki  məlumatın oğurlanmasının qarşısını necə almaq olar?

Günümüzdə  kompüterlərdəki fərdi məlumatlara icazəsiz giriş və bu məlumatların oğurlanması halları artmaqdadır. Bunun qarşısının alınması üçün müxtəlif addımlar atılmalıdır. Bunlardan biri də kompüterlərə Firewall quraşdırılmasıdır.

Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi bəyan edib ki, Firewall internetdən gələn təhlükələrə qarşı müdafiə üçün sistemə və şəbəkəyə girişi məhdudlaşdıran və ya əngəlləyən təhlükəsizlik sistemidir.

Əvvəlcədən müəyyən olunmuş təhlükəsizlik qaydaları əsasında daxil olan və ötürülən şəbəkə trafikini monitorinq edən və ona nəzarət edən şəbəkə təhlükəsizliyi sistemi olan "Firewall" həm proqram təminatı (software), həm də aparat təminatı (hardware) kimi tətbiq oluna bilər. Firewall şəbəkəni təhlükəsiz saxlamağa imkan verir.
 
Bütün şəbəkə məkanları (ev, ofis, ictimai və ya domen) və şəbəkə əlaqələri üçün (Wi- Fi, şəbəkə kabeli) əməliyyat sistemlərinə uyğun olaraq "Firewall" aşağıdakı formalarda aktivləşdirilir:
 
  Windows üçün

İdarəetmə paneli  ⤍ "Windows Firewall" ⤍ Firewall-u aktiv edin

 
Mac üçün 
 

Seçimlər ⤍Təhlükəsizlik  ⤍ Firewall-u aktiv edin

 
Linux üçün
 

IP Cədvəli konfiqurasiya edin

Xüsusilə icazə verdiyiniz daxili şəbəkə əlaqələrindən başqa hamısını əngəlləməklə, Firewall-u quraşdırın.

Təsdiq olunmamış istifadəçilərin kompüterinizə girişini əngəlləmək üçün Firewall-u quraşdırın. 

Yalnız inandığınız veb saytların girişinə icazə verin.

Firewall aktivləşdirildikdən sonra onun üzərində müəyyən qaydalar müəyyənləşdirilməlidir. Bu qaydalar aşağıdakı kimi təsnif edilə bilər:

məsafədən giriş (remote login )

arxa qapı tətbiqetmələri (application backdoors)

xidmətdən imtina hücumları (DoS - Denial of Service attacks)

e-poçt protokolu hesab oğurlanması (SMTP Session Hijacking)

əməliyyat sistemi xətaları (operating system bugs)

 e-poçt bombaları

  makrolar

viruslararzuolunmaz e-poçtlar (spam)

yenidən yönləndirilən bombalar (redirect bombs)

Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssisləri bildirir ki, kompüterlərdəki şəxsi məlumatları qorumaq üçün Firewall sazlanmasından əlavə kompüterlərə antivirus proqramları da yazılmalıdır.  

Həmçinin həm antivirus proqramı, həm də Firewall daim yenilənməlidir. 

 Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016

Antivirus seçimində hansı funksiyalara üstünlük verməliyik?

24-09-2024

Cisco Secure Firewall Management Center’də kritik boşluq aşkarlanıb

10-03-2026

Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

09-01-2016

Windows 7 daha təhlükəsiz olacaq

01-11-2008

DVX: İnternet Vergi İdarəsinə giriş məlumatları təhlükədə ola bilər

18-04-2025

Elektron Təhlükəsizlik Xidməti kameraları kiberhücumlardan qorumağın yollarını açıqlayıb

21-07-2020

Elektron Təhlükəsizlik Xidməti:“Wİ-Fİ” şəbəkənizin təhlükəsizliyini qoruyun

16-07-2020

Ən yaxşı antivirus proqramları

28-04-2015

Norton İnternet Security 2009

08-10-2008

Nazirlikdən qlobal virus epidemiyası ilə bağlı xəbərdarlıq

15-05-2017

Twitter-dən təhlükəsiz istifadə qaydaları

17-04-2023

Elektron poçt sisteminə edilən fişinq hücumlarının sayı artıb

02-11-2020

Şirkətlər İT mütəxəssis axtarır

11-10-2015

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015

Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

03-05-2016

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

14-03-2023

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

07-04-2015

Azərbaycan Mərkəzi Bankı Vətən müharibəsində erməni hakerlərin hədəfi olub

09-12-2021

Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015

Ötən il dövlət informasiya sistemlərində 1200-dən çox təhlükəsizlik boşluğu aşkarlanıb

27-02-2026

Kompüterinizi virusdan qorumanın 10 yolu

29-01-2011

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

20-11-2015

Elektron Təhlükəsizlik Xidməti "MuddyWater" kibertəhdid qrupu ilə bağlı xəbərdarlıq edib

21-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə