“Elektron Təlimləndirən Sistemlər” layihəsi həyata keçirməsi planlaşdırılır

03-06-2010 / 07:22

Хüsusi qayğıya ehtiyacı olan uşaqların təlimi üçün “Elektron Təlimləndirən Sistemlər” layihəsinin reallaşdırılması planlaşdırılır. Layihə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

 “Nobel-T” təşkilatı tərəfindən reallaşdırılacaq layihənin təqdimatı 29.05.2010-cu il tarixində Təhsil Nazirliyində keçirilmişdir. Layihənin konsepsiyası Təhsil Nazirliyi Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasında da artıq müzakirə olunmuş və bununla bağlı zəruri tövsiyələr verilmişdir. 

 Layihə Bakı şəhərinin Səbail rayonu 219 saylı Evdə məktəbin 7-ci sinfinin şagirdləri üçün keçiriləcəkdir. Хüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün distant tədris metodlarından istifadə edəcək müəllimlər artıq layihənin həyata keçirilməsində tərəfdaş təşkilat olan “Mədəd” təşkilatının treninqlərində İKT-nin təhsildə tətbiqi üzrə xüsusi bilik və bacarıqlar almışlar.

 Layihə çərçivəsində “Bir şagird - bir kompüter” komponentindən olunaraq layihədə iştirak edəcək bütün şagirdlərə kompüter avadanlığı təqdim olunması nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə