Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal layihələrindən biri olan “Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi “Essl Fondu”nun (Avstriya) “Zero Project Awardees 2024” müsabiqəsinin qalibi olaraq Fondun mükafatı ilə təltif olunub.
“Zero Project Awardees 2024” müsabiqəsində 97 ölkədən 523 layihə iştirak edib, onlardan
75-i, o cümlədən “Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi qalib seçilib.
BMT-nin Avstriyanın Vyana şəhərindəki ofisində keçirilən mükafatlandırma tədbirində mükafat Nazirliyin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynova təqdim olunub. Ü.Hüseynov tədbirdə layihə ilə bağlı təqdimat edib, habelə ölkəmizdə son illər dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlərə dair məlumat verib.
“Essl Fondu” qeyri-kommersiya təşkilatıdır. Fondun “Zero Project” proqramı BMT-nin “Əlilliyi olan Şəxslərin Hüquqları haqqında” Konvensiyasının qlobal miqyasda icrasına, bu sahədə aparılan işlərin təbliğinə, əldə olunan uğurların tanıdılmasına yönəlib.
Hər il keçirilən “Zero Project Awardees” müsabiqəsi də əlilliyi olan şəxslərlə bağlı inklüziv təhsil, İKT sahələri üzrə uğurlu innovativ həlləri, həmin şəxslərin gündəlik həyatını yaxşılaşdıran qabaqcıl təcrübələri müəyyən etmək məqsədi daşıyır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri