Previous Next
Bağla

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hələ də formalaşmayıb-RƏY

27-03-2023 12:31
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hələ də formalaşmayıb-RƏY

Məlumat verdiyimiz kimi, 27 Mart Azərbaycanda Elm Günüdür.

“Ötən il, 28 iyul 2022-ci il tarixdə elm sahəsində tənzimləmə və idarəetmənin təkmilləşdirilməsi, elmi fəaliyyətin əlaqələndirilməsilə bağlı Prezident fərmanı imzalanıb. Bu fərman əsasında Elm və Təhsil Nazirliyi yaradılıb və AMEA tabeliyində olan elmi müəssisə və təşkilatların, elmi-xidmət qurumların bir çoxu bu Nazirliyin tabeliyinə keçirilib. Bu fərman əsasında Nazirlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Maraqlıdır ki, hökumət indiyədək bu Agentliyi formalaşdıra bilməyib”.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Elm Günü ilə bağlı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, adı çəkilən fərmanla Akademiyanın tabeliyində olan “AMEA Yüksək Texnologiyalar Parkı" da Nazirliyin tabeliyinə verilib.

Hansı ki, adı çəkilən fərman əsasında Nazirlər Kabineti 3 ay müddətində Nazirliyin yeni əsasnaməsini və strukturunu, həmçinin Agentliyin əsasnamələrini hazırlamalıydı. Elmi müəssisələrin gələcək taleyi müəyyənləşməliydi.

Elm və Ali Təhsil Nazirliyi AMEA-dan ayrılan elmi müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamalıydı:

“Görünən odur ki, fərmanda bu məqsədlə nəzərdə tutulan müddət başa çatsa da hələlik nə qeyd olunan Agentlik fəaliyyətə başlamayıb, nə də Nazirliyin tabeliyinə verilən elmi müəssisələrin gələcək fəaliyyətinə aydınlıq gətirilməyib”.

“Gözlənilirdi ki, Elm günü ilə bağlı hökumət və Nazirlik həm Agentliyin fəaliyyətə başlaması, həm də elmi institutların gələcək taleyi ilə bağlı rəsmi açıqlamalar olacaq. Təəssüf ki, hələlik bunlar müşahidə olunmur. Görünür ki, bu sahədə hökümətdə fikir ayrılıqları var və hələlik oturuşmuş bir baxışlar formalaşmayıb. Bu sahədə, elmi tədqiqatlar və innovasiyalar sahəsində müəyyən işlər görülsə də , uzun illərdən bəri öz həllini gözləyən xeyli problemlər var. Beynəlxalq statistika və reytinqlər də bunu göstərir. AMEA-da ötən müddətdə müəyyən islahatlar aparılıb. Bu yaxınlarda baş tutun AMEA Ümumi yığıncağındakı çıxışlarda da bu özünü göstərirdi.Ümid edək tezliklə Agentliyin formalaşması baş tutacaq, AMEA-dan ayrılan elmi institutların gələcək fəaliyyət prinsiplərinə aydınlıq gətiriləcək, elm sahəsinin inkişafı sürətlənəcək, universitetlər və elmi müəssisələr birgə elmi tədqiqatları gücləndirəcəklər”,-deyə ekspert vurğulayıb.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Elmi institutların taleyi necə olacaq?

29-07-2022

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

28-07-2022

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022

“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”

21-12-2016

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

Azərbaycanda ilk dəfə olaraq Elm Günü qeyd olunacaq

27-03-2019

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

27 Mart - Azərbaycanda Elm Günüdür

27-03-2023

AMEA-da Elm həftəsi keçiriləcək

05-03-2019

Google -da Azərbaycan alimlərinin əsərlərinə istinadların SAYI

23-03-2023

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

01-02-2023

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

30-06-2025

İnformasiya Texnologiyaları İnstitutunda “İnternetşünaslıq problemləri” elmi sektoru yaradılıb

17-07-2013

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə