Previous Next
Bağla

Azərbaycanda ilk dəfə olaraq Elm Günü qeyd olunacaq

27-03-2019 11:11
Azərbaycanda ilk dəfə olaraq Elm Günü qeyd olunacaq

Son illər Azərbaycanda elm sahəsində aparılan uğurlu islahatlar, qəbul edilən fərman və sərəncamlar müsbət nəticələrə gətirib çıxarmış, Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

Bu gün elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində qəbul etdiyi mühüm qərarlar buna sübutdur. 14 iyun 2016-ci il tarixdə ölkə başçısının qəbul etdiyi “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə vətəndaşların elmi səviyyəsinin yüksəldilməsi və yeni biliklərə yiyələnməsində elmin aparıcı rolu və vəzifələri müəyyənləşmişdir. Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və s. kimi məsələlər öz əksini tapmışdır.

9 aprel 2018-ci il tarixdə isə Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, belə bir günün təsis edilməsi və dövlət başçısının Azərbaycan elminin inkişafını hər zaman diqqət mərkəzində saxlaması Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qarşısında daha ciddi vəzifələr qoyur.

Son illər AMEA-da elmin inkişaf etdirilməsi ilə bağlı geniş imkanlar açılmış, elmi müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür. Bu da dünyanın nüfuzlu akademik qurumları ilə əməkdaşlığın təşkilinə, beynəlxalq əlaqələrin daha da genişləndirilməsinə şərait yaratmışdır.

Bu gün AMEA dövlət başçısının elm sahəsində qəbul etdiyi qərar, sərəncam və fərmanları rəhbər tutaraq yeni bir istiqamətdə inkişaf edir. Bu elm ocağında elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, alim və mütəxəssislərin əldə etdikləri mühüm nəticələrin dünyanın nüfuzlu jurnallarında işıq üzü görməsi məqsədilə ciddi tədbirlər həyata keçirilir.

Martın 27-də Azərbaycanda ilk dəfə olaraq Elm Günü təntənəli şəkildə qeyd olunacaq. Həm ölkəmiz, həm də AMEA tarixində ən əlamətdar hadisələrdən biri olan bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramına çevriləcək.

Elm Günü ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi mərkəzlərində silsilə tədbirlər keçiriləcək. Ən aktual, prioritet mövzularda məruzələri əhatə edən dəyirmi masa, seminar, eləcə də “açıq qapı” günləri və sərgilər təşkil olunacaq. Tədbir çərçivəsində, həmçinin elmi nailiyyətlərinə görə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının fəxri fərmanlarının təqdim olunması nəzərdə tutulur.

Elm Gününün hər il ölkəmizdə rəsmi olaraq qeyd olunması haqqında qərar böyük tarixi əhəmiyyətə malikdir. Bu, bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə, problemlərin həlli ətrafında birləşməyə imkan verəcək.

Nərgiz Qəhrəmanova (AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dissertant)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

27 Mart - Azərbaycanda Elm Günüdür

27-03-2023

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Akademik Akif Əlizadənin mətbuat konfransı keçirilir

18-07-2013

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

28-07-2022

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”

21-12-2016

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

Elmi jurnalistikanın yaradılmasına başlanıb

04-06-2014

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Azərbaycanın ilk informatik aliminə “Şərəf” ordeni təqdim olundu

20-11-2015

Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

Google -da Azərbaycan alimlərinin əsərlərinə istinadların SAYI

23-03-2023

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hələ də formalaşmayıb-RƏY

27-03-2023

Akademik Akif Əlizadə: “Ölkəmizdə informasiya cəmiyyəti müvəffəqiyyətlə qurulur”

07-10-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə