Teslanın Baş İcraçı Direktoru Elon Muskın “Twitter”in idarə heyətində olduğu haqqında xəbərlər yayılıb. Nəticədə bəzi “Twitter” işçiləri sosial media firmasının məzmunu idarə etmək qabiliyyətinin gələcəyi ilə bağlı panikaya düşüblər.
Xeberler.az məlumat verir ki, bu barədə şirkət insayderləri “Reuters”-ə bildiriblər.
Bu həftə özünü "azad söz mütləqiyyətçisi" adlandıran Muskın “Twitter”-in əsas səhmdarı olmaq üçün kifayət qədər səhmlər əldə etməsi ilə bağlı sürpriz açıqlamadan bir neçə saat sonra siyasi mühafizəkarlar sosial medianı Donald Trampın geri qaytarılması çağırışları ilə doldurmağa başlayıblar. Yanvarın 6-da baş verən hadisələrdən sonra ABŞ-ın keçmiş prezidentinə “Facebook” və “Twitter”-dən qadağa qoyulub.
Respublikaçı Konqresmen Lauren Boebert bazar ertəsi belə bir tweet edib: "İndi @ElonMusk Twitter-in ən böyük səhmdarı olduğuna görə, siyasi senzuranı aradan qaldırmağın vaxtıdır. Oh... və TRUMPI QAYTARIN!"
“Twitter”-in bu həftə idarə heyətinin siyasi qərarlar qəbul etmədiyini təkrarlamasına baxmayaraq, “Reuters” ilə danışan dörd “Twitter” əməkdaşı Muskın şirkətin təhqiramiz istifadəçilər və zərərli məzmunla bağlı siyasətlərinə təsir etmək qabiliyyətindən narahat olduqlarını söyləyiblər.
Qeyd edək ki, Trampın “Facebook” və “Twitter”ə qadağasından sonra milyarder tvitter hesabında yazıb ki, bir çox insanlar ABŞ texnologiya şirkətlərinin “de-fakto azad sözün hakimi” kimi çıxış etməsindən narazı olacaqlar.
Fidan Ali
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri