Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi tədbirlər planına əsasən, “Ən yaxşı İnformasiya Texnologiyaları (IT) mütəxəssisi” adı uğrunda yarış təşkil olunub.
Xeberler.az bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, yarışda Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində ən yaxşı nəticə göstərmiş IT mütəxəssisləri iştirak ediblər.
Hərbi qulluqçulara iki mərhələ üzrə keçirilən yarışın şərtləri izah olunub və təhlükəsizlik qaydaları çatdırılıb.
Çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, rəqəmsal ordunun müasir hərbi strategiyanın ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayıblar.
IT sahəsində ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən yarışın yekununda zabitlərin nəzəri bilikləri test üsulu ilə, praktiki bacarıqları isə virtual platformalar üzərində yoxlanılıb və qaliblərə mükafatlar təqdim olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları