Previous Next
Bağla

BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

20-07-2022 18:25
BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

22 iyul-Millli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən media nümayəndələri ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümyəndələri iştirak ediblər.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu və mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini bildirib. Hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu deyən təhsil nazirinin müşaviri bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib. KİV nümayəndələrini peşə bayramı münasibətilə təbrik edən E.Nəsibov onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva media təmsilçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. Həmçinin təhsildən yazan, maarifçilik, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnunluğunu ifadə edib.

Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən M.Vəliyeva bütün peşəkar media qurumlarının təhsilə, məktəbə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasında həssaslıq göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin rolundan bəhs edən İdarə müdiri ölkəmizdə demokratik mətbuatın formalaşmasında, onun hüquqi-normativ bazasının yaradılmasında, azad sözün, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli liderin xidmətlərindən bəhs edib.

Həmçinin İdarə müdiri onu da qeyd edib ki, mətbuatın inkişafına dövlət qayğısı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, fikir və mətbuat azadlığının təmin edilməsində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər bütün dünyada yaxşı bir örnək kimi qəbul olunur.

Media nümayəndələri təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Sonda media nümayəndələrinə Təşəkkürnamə və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022

Ən yaxşı məktəb saytı açıqlanıb

05-03-2018

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

24-07-2018

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2021

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

“Azerconnect” şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

21-07-2023

İKTA-da jurnalistlərə təlim keçirilib

19-07-2025

Nazir Rəşad Nəbiyev “AzEuroTel” MMC-nin əməkdaşlarını mükafatlandırıb

07-05-2021

DİM Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olur

22-07-2016

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı

14-07-2022

“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib

22-07-2025

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

03-05-2016

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019

Nar media nümayəndələrini bir araya topladı

22-07-2019

Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur

22-07-2017

Azərbaycan mətbuatı 140 illiyini qeyd edir

22-07-2015

Azercell Milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edir!

22-07-2025

Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib

08-02-2023

ASAN xidmət işçilərinin peşə bayramı qeyd olunub

28-12-2018

“İnnovativ məktəb” layihəsinin təqdimatı keçirilib

16-12-2025

“Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.

21-07-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə