Previous Next
Bağla

Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib

02-10-2018 12:39
Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib

Prezident İlham Əliyevin qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən yaradılan www.enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib.

Xeberler.az  bildirir ki, tədbiri giriş sözü ilə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı açıb. O deyib ki, Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır:

“Bu gün bütün dünyada verilən əsas sual budur ki, biznes aktivləri, yoxsa birləşdirici platforma daha üstündür? Facebook, Airbnb, Uber, Alibaba kimi layihələr göstərir ki, rəqəmsal platformalar nə dərəcədə vacibdir. Bu baxımdan EnterpriseAzərbaycan.com portalının ərsəyə gəlməsi və Azexport və Rəqəmsal Ticarət Qovşağı ilə ekosistem təşkil etməsi təsadüfi deyil. İşəgötürənlər “insan buludu”ndan (human cloud) istifadə edərək sifarişlərini verirlər. Dünyanın hər yerindən professionallar təklif edəcəkləri xidmətləri və layihələri “insan buludu”nda yerləşdirirlər ki, reallaşdırsınlar. Beləliklə, EnterpriseAzərbaycan həm də “insan buludu” platforması rolunuda çıxış edərək promoterlər və investorları birləşdirəcək. EnterpriseAzərbaycan P2P platforması kimi investisiyalar bazarına çıxışı asanlaşdırır, investisiya cəlbi üçün sərf olunan resursları qənaət edir, xərcləri azaldır. Çünki portal “robot-məsləhətçi” alqoritminin tətbiqini nəzərdə tutur. Gələcəkdə hətta EnterpriseAzərbaycan-da blokçeyn texnologiyalarının istifadə edilməsi də nəzərdən keçirilir. EnterpriseAzərbaycan ölkədə sahibkarlığın yeni biznes əməliyyat modeli üzərində inkişafına dəstək verəcək: istehlakçı- mərkəziyyəti, data əsaslı inkişaf, talantizm və biznesin iyerarxik strukturundan şəbəkə modelinə keçid. EnterpriseAzərbaycanın razılığa gəldiyi dünyada aparıcı mələk, toxum və vençur sərmayədarlar ölkəmizdəki biznes layihələri maliyyələşdirmək üçün müzakirələrə hazırdılar. Bu yolla EnterpriseAzərbaycan ölkədə startap hərəkatına yeni təkan verməyi planlayır.”

V. Qasımlı yerli layihə müəlliflərini, sahibkarlar və sərmayədarları EnterpriseAzerbaijan.com Portalı ilə yaxından əməkdaşlığa dəvət edib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, GoldenPay şirkətinin yaradıcısı Fərid İsmayılzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Estoniya investisiya agentliyinin direktorları Allan Selirand və Jaan Heinsoo çıxışlar ediblər.

Poçt indeksi: AZ 1073 Baki şəhəri,Yasamal ray, Landau küçəsi 16 Tədbir müddətində İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin “Enterpriseazerbaijan.com” portalı ilə “Enterprise Estonia” sahibkarlığın inkişafina yardım fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Təqdimat mərasimi zamanı Enterpriseazerbaijan.com portalının mahiyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Portalın ulduz səfiri Azərbaycan futbolunun ulduzu Qurban Qurbanov ictimaiyyəti Enterpriseazerbaijan portalı ilə bağlı düzgün hədəfi seçməyə çağırıb. Beynəlxalq qurumların və xarici biznes nümayəndələri - Rusiya elektron pul və pul köçürmələri assosiasiyasının prezidenti Viktor Dostoy, OrientSwiss şirkətinin Qazaxıstan nümayəndəliyinin direktoru Sardor Muhamadaliyev, Buxarest universitetinin Department direktoru Emerita Mariana, Tailandın elektron biznes mərkəzinin icraçı direktoru Kultriak Pakavarkrilers, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya üzrə direktoru Bill Tomson, Finding My Place” təşkilatının həmtəsisçisi İngrid Rostenin çıxış etdiyi video-çarxda isə Enterpriseazerbaijan portalının əhəmiyyətindən danışılıb.

Yeri gəlmişkən təqdimat mərasimində dövlət və özəl ictimaiyyətin eləcə də xarici ölkə nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Enterpriseazerbaijan Portalı Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platformadır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018

EnterpriseAzerbaijan.com biznesin inkişafı və startaplar üzrə beynəlxalq vebinar keçirib

01-11-2021

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021

Yeni portal Azərbaycana sərmayə cəlbini sürətləndirəcək

20-09-2018

www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu

11-12-2018

Prezident sərəncam imzalayıb

20-09-2018

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

EnterpriseAzerbaijan.com portalına yeni rəhbər təyin olunub

03-03-2022

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

EnterpriseAzerbaijan.com portalında İslam İnkişaf Bankı ilə görüş keçirilib

17-07-2021

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022

EnterpriseAzerbaijan.com portalı və Techstars şirkəti əməkdaşlığa başlayır

21-06-2021

EnterpriseAzerbaijan.com portalı Founders Space şirkəti ilə danışıqlara başlayıb

22-06-2021

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

EnterpriseAzerbaijan.com İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində təmsil olundu

26-06-2021

“Enterprise Azerbaijan” və Dövlət Məşğulluq Agentliyi 3 startapa aktivlər təqdim edib

09-03-2021

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

Rəqəmsal erada gənclər üçün imkanlar mövzusunda konfrans keçirilib

21-09-2018

EnterpriseAzerbaijan.com e-Asiya proqramı ilə əməkdaşlığa başlayır

24-06-2021

Vüsal Qasımlı Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi adlı beynəlxalq konfransda çıxış edib

23-11-2018

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

“Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb

31-05-2022

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib

24-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə