Previous Next
Bağla

Rəqəmsal erada gənclər üçün imkanlar mövzusunda konfrans keçirilib

21-09-2018 11:16
Rəqəmsal erada gənclər üçün imkanlar mövzusunda konfrans keçirilib

Londonda fəaliyyət göstərən BL Network şirkətinin təşəbbüsü ilə Bakıda “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib.

Xeberler.az bildirir ki, konfransın məqsədi gəncləri Azərbaycanda və dünyada rəqəmsal ekosistem barədə məlumatlandırmaq, startapa necə başlamalı və maliyyə mənbələrinə çıxış yolları barədə həm praktik, həm də nəzəri cəhətdən bilikləri çatdırmaq olub. Xüsusən də, konfransda iştirak edən gənclərin kraudfandinq, kraudinvestinq, toxum investor, vençur kapital və mələk investorlarla bağlı bilik və
bacarıqlarının artırlması hədəflənib.

Konfransda açılış nitqi ilə BL Network şirkətinin təmsilçiləri Şirinnaz Əmirova (UCL,London), Moldir Nurtayeva (UCL,London) və Zining Li (LSE, London) çıxış ediblər. Konfrans müddətində gənc iştirakçılar yeni maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və smart müqavilə kimi yeniliklər, habelə rəqəmsal marketinq və satışın optimallaşdırılması mövzularında peşəkarlardan məlumatlar əldə ediblər. İştirakçılar həmçinin rəqəmsal imkanlardan istifadə edərək
özünüməşğulluğu təmin etmək üçün həllərlə tanış olublar. Seminarda inkubasiya və akselerasiya prosesindən keçmək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaratdığı EnterpriseAzerbaijan.com portalının imkanları da təqdim olunub. 

Seminarın sonunda gənc iştirakçıların yaratdıqları komandaların startap ideyalarının təqdimatı keçirilib. Starapçılar BL Network tərəfindən təqdim olunan sertifikatlarla mükafatlandırılıblar.  Seminarın əsas spikerləri Rusiya elektron pul və pul köçürmələri assosiasiyasının prezidenti Viktor Dostoy, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya nazirliyinin idarə rəisi Rəşad Əzizov, KPMG –nin meneceri Seymur Niftəliyev, Golden Pay portalının yaradcısı və rəhbəri Fərid İsmayılzadə, Deloitte
Azərbaycanın nümayəndəsi Mehdi Eyvazlı, Azexport portalının rəhbəri Zaur Qardaşov, İnformasiyaPoçt indeksi: AZ 1073 Baki şəhəri,Yasamal ray, Landau küçəsi 16 Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Azər Bayramov, «Microsoft Azərbaycan»ın meneceri Qaçay Mirzəyev, PwC-nun baş meneceri Otabek Sidikov, Visa şirkətinin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Nurlan Hacıyev, ABAD-ın şöbə müdiri Turanə Qasımova, enterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova, “Orkhanway Coaching”-in təsisçisi Orxan Şahbazov olub.

Qeyd edək ki, “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyilə baş tutub. Kənfransın təşkilatçısı “BL Network” Londonda əsasən, investisiya, bankçılıq, maliyyə, siyasət, hüquq, elm və fəlsəfə ilə bağl mövzuları ətrafında beynəlxalq tələbələr və mütəxəssislər qrupu tərəfindən idarə olunur. Qurumun məqsədi gənc istedadlı nəslin peşəkar həyatına müsbət təsir göstərilməsini təmin etmək, həmçinin davranış zəncirini yaratmaq və onların beynəlxalq səviyyədə uğurlu olmasını təmin etmək üçün əlaqələri qurmaqdan ibarətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal erada gənclər üçün imkanlar mövzusunda konfrans keçiriləcək

03-09-2018

Blokçeyn texnologiyaların tətbiqi müzakirə edilib

19-05-2018

www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu

11-12-2018

Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimi keçirilib

02-10-2018

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021

EnterpriseAzerbaijan.com İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində təmsil olundu

26-06-2021

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

İİTKM VİSA İnternational şirkəti ilə görüş keçirib

11-09-2019

Bakcell beynəlxalq konfransa dəstək olub

25-10-2017

London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

Startap ekosistemi mövzusunda ekonoton keçirilib

25-09-2019

Amazonla qazan təliminə start verilib

02-11-2018

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

Azərbaycanda “İKT-də qızlar” mövzusunda konfrans keçiriləcək

21-04-2021

İnnovativ startapları necə inkişaf etdirməli mövzusunda təlim keçirilib

24-10-2018

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

“Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” adlı konfrans keçirilib

14-04-2021

EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

14-05-2019

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə