“Eurovision-2011”dəki təmsilçilərimizin saytı yaradılıb

17-03-2011 / 22:56

ANS PRESS-in məlumatına görə, Azərbaycanı “Eurovision 2011” Mahnı Müsabiqəsində təmsil edəcək Ell and Nikki (Eldar Qasımov və Nigar Camal) dueti haqqında ən son xəbərləri artıq ellnikki.eurovisiontalents.com ünvanından əldə edə biləcəyik.

Qeyd edək ki, Almaniyada keçiriləcək "Eurovision 2011" Mahnı Müsabiqəsində ölkəmizi təmsil edəcək Eldar Qasımov və Nigar Camal Düsseldorf səhnəsinə Ell & Nikki səhnə ləqəbi altında çıxacaqlar.

Təmsilçilərimiz mayın 10-da keçiriləcək birinci yarımfinalda 18 nömrə altında çıxış edəcəklər. İkinci yarımfinal mayın 12-də keçiriləcək. Final isə mayın 14-də baş tutacaq.

Təmsilçilərimiz ölkəmizi “Eurovision 2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı ilə təmsil edəcəklər. Mahnının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Lain Farquharsondur. Bu müəlliflər ötən ilki təmsilçimiz Səfurə Əlizadənin ifa etdiyi “Drip Drop” mahnısını bəstələmişdilər.

“Eurovision-2010” müsabiqəsinin qalibi Lena Mayer-Landrut mayın 14-də keçiriləcək finalda səhnəyə 16 nömrə altında çıxacaq. Fransa təmsilçisi Amori Vassili 11, Britaniyanın “Blue” pop qrupu 14, İtaliya 12, İspaniya təmsilçisi isə 22 nömrələri altında çıxış edəcəklər.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.