Previous Next
Bağla

Gəncədə Startap Günlərinə hazırlıqlar davam edir -Fotolar

19-11-2016 15:31
Gəncədə Startap Günlərinə  hazırlıqlar davam edir -Fotolar

Məlumat verdiyimiz kimi, Gəncədə geniş miqyasılı startap tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Belə ki, növbəti həftədə Startap Azərbaycan və ASAN Könüllüləri qurumu Gəncədə bir neçə startap tədbirləri həyata keçirməyə hazırlaşır.

ASAN Könüllüləri Təşkilatı və Startap Azərbaycanın birgə təşkilatçılığı ilə 25-30 noyabrda Gəncədə “Azərbaycan Startup Festivalı” təşkil olunacaq. Festival çərçivəsində Startap Azərbaycan tərəfindən Startap Günləri və ASAN Könüllüləri tərəfindən “1-ci Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Məlumat verdiyimiz kimi, artıq Festivalın Proqramının ilkin variantının da hazır olduğunu bildirilir.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə tədbirlə bağlı hazırıqlar davam edir. Bu məqsədlə Startap Azərbaycan-ın Təşkilat Komitəsinin nümayəndələri ötən günlər Gəncə şəhərində olub.

Onlar Startap Günlərinin keçiriləcəyi məkanlarla və digər şəraitlərlə tanış olub.

2 günlük səfər çərçivəsində Təşkilat Komitəsi Gəncədəki 3 dövlət universitetinin nümayəndələri ilə rəsmi görüşlər keçirib və onların Startap Günlərində iştirakı məsələləri nəzərdən keçirilib.

Qeyd edək ki, Gəncə şəhərində ilk dəfə təşkil ediləcək Startap Günləri Azərbaycan Dövlət Aqrar Universitetində təşkil ediləcək.

ADAU Gəncədə öz reytinqi, texniki bazası, tələbələrin sayı və digər imkanlarına görə fərqlənir. Bunları nəzərə alaraq Startap Azərbaycan builki Startap Günlərini ADAU-da təşkil etmək qərarına gəlib. Startap Günləri ADAU-nun tədris korpuslarında baş tutacaq.

TK nümayəndələri Startap Günləri çərçivəsində nəzərdə tutulan tədbirlərin təşkil olunacağı konfrans zalı və komandaların yarışacağı məkanla tanış olub.

Onu da qeyd edək ki, ADAU Günlərdə Bakıdan iştirak edəcək mentor və təşkilatçıları hər bir şərait yaradılacağı bildirilib.

Bu gün Gəncə Startap Günlərinə hazırlıqlarla bağlı Startap Azərbaycan Təşkilat Komitəsinin də iclası keçirilib.

Toplantıda Gəncədən qayıdan nümayəndələrin təklifləri müzakirə edilib.

TK-dan verilən məlumata görə, artıq Gəncədəki Startap Günləri ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Qeyd edilib ki, Gəncədəki universitetlər və digər qurumlar Startap Günlərinə böyük maraq göstərir və burada geniş təmsil olunmağa hazırlaşır.

Xəbər verdiyimiz kimi, artıq Startap Günlərinin də proqramı dərc olunub.

Tədbirlərin keçirildiyi üç gün ərzində “ Regionlarda startapların inkişafı : problemlər və perspektivlər” mövzsunda konfransın və startapa ilk başlayanlar üçün təlimlərin və təcrübəli startapçılarla görüşlərin keçirilməsi də nəzərədə tutulub.

Artıq konfransın spikerləri və təlimçilər də müəyyən olunub.

Startap Günlərinə 50-dək iştirakçının qatılacağı və 3 gün davam edəcək tədbirlərdə biznes ideyaların yarışması və qalib ideyalar ətrafında komandaların formalaşması nəzərdə tutulub.

Bu komandalar 3 gün müddətində ekspert və mentorların dəstəyi ilə layihələrin prototiplərini hazırlayacaq.

Sonuncu gün bu layihələrin münsiflər qarşısında  qısa müddətli təqdimatları olacaq və münsiflər qiymətləndirmə edəcək.

Qalib layihələrə diplomlar və hədiyyələr nəzərdə tutulub.

Startap Günlərində iştirak edən komandalar və startapçılara dəstək məqsədilə Startap Azərbaycan tərəfindən ekspertlər və mentorlar da müəyyən olunub.Onlar da gələn həftə açılış tədbirlərində və Startap Günlərində iştirak etmək üçün Gəncəyə yola düşəcək.

Startap Günləri Startap Azərbaycan çərçivəsində keçirilir.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı , İT-nin İnkişafına Dəstək Dövlət Fondu və NEURON Technologies, SİNAM VƏ LENOVO şirkətləri dəstək veirir.

Bu barədə daha ətraflı Startap Azərbaycan rəsmi saytındakı Startap Günləri bölməsindən məlumat əldə edə bilərsiniz.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gəncədə keçiriləcək Startap Günlərinin proqramı açıqlanıb

14-11-2016

Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016

Startap Günlərində iştirak etməklə nə qazanacaqsınız?

23-11-2016

Gəncədə startap tədbirləri keçiriləcək

19-10-2016

Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

21-11-2016

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

18-07-2019

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Növbəti Startap Günlərinin proqramı açıqlandı

18-05-2018

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

Bakıda Startap Günləri keçiriləcək

21-10-2014

Gəncədə Startap Günləri davam edir-Fotolar

27-11-2016

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018

Növbəti Startap Günlərinin proqramı açıqlandı

27-06-2018

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014

Sabah növbəti Startap Günləri başlayır

05-04-2018

Startap Günlərinin proqramı açıqlandı

14-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə