Previous Next
Bağla

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015 17:11
Milli Net 2015 Nominantları hansı saytlardır?

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir Nominasiya üzrə nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

İlk olaraq Milli Net-in “Xidmət-servis” Nominasiyası üzrə nominant statusu alan saytların adlarını təqdim edirik. Bunlar “Pets&Animals”, “Pizza.az”, “Maker.az”, “Ustam”, “Əl işləri”, “Besmart”, “Events.az”, “Kendden.com” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Kendden.com Azərbaycanda ilk dəfə meyvə, tərəvəz və kənd məhsullarının onlayn satışı xidmətini müştərilərin istifadəsinə verir. Sayt müştərilərin öz istədikləri məhsulları rahat şəkildə əldə edə bilməsi üçün gün ərzində ödənişsiz çatdırılma xidmətini təklif edir və bir neçə saat ərzində sifarişi ünvana çatdırılır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir."

Besmart istifadəçilərə müxtəlif xidmətlərdən yararlanmaq, alış-veriş etmək, müxtəlif müəssisələrə baş çəkmək və ya maksimal xeyirlə dünyanı səyahət etmək imkanını verir. BeSmart Orta Asiyada və Qafqazda lidersayılan kupon xidmətdir. Sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

Pets&Animals saytının əsas məqsədi ev heyvanlarının satışı, himayəyə verilməsi, cütününü tapılması, itkin düşmüş və tapılan heyvanların, həmçinin heyvanlar üçün aksessuarlar və yemlərin satışı kimi elanların yerləşdirilməsidir. Bununla yanaşı saytımızda Azərbaycanda yerləşən veterinarların, Heyvan xəstəxanalarının, Heyvan sığınacaqlarının, Zoo apteklərin, Zoo maqazinlərin və Zoo salonların telefonları və xətirədə yeri əks olunur. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

DADIM – istifadəçilərə pizza, şorba, salat, desertlərin sifarişini təklif edir. Saytda yerləşdirilən bölmələrdən istdiyiniz yeməyi seçə, müraciət edə bilərsiniz. Menyuda italyan mətbəxinə cüzi olaraq qatılmış milli mətbəximizdən nümunələr də var. Dadım.az Azərbaycan və rus dillərində fəaliyyət göstərilir.

Events Azərbaycan tədbirlərin marketinq və PR strategiyasını müasir texnologiyalardan və innovasiyalardan istifadə etməklə daha da təkmilləşdirməyi nəzərdə tutub. Bu məqsədlə artıq ölkədə təşkil olunan və nəzərdə tutulan bütün tədbirlər haqqında məlumatları, tədbir təşkilatçıları və istifadəçilər üçün çoxsaylı onlayn xidmətləri özündə birləşdirir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir. 

Maker.az saytının fəaliyyəti informasiya texnologiyaları sahəsində xidmət göstərərək veb sayt dizaynı və hazırlanması, proqram həlləri həyata keçirmək, domain qeydiyyatını reallaşdırmaq, hostinq və SSL sertifikatları təminatı, korporativ e-mail ünvanları yaratmaq və s. xidmətlər üzrə müştərilərin tələbatlarını təmin etməkdir. Sayt konsaltinq, logo və deviz yaradılması, veb sayt-da məlumatların hazırlanmasına yardım, SEO, sosial mediada reklam və digər xidmətlərin həyata keçirilməsində iştirak edir.

Ustam servisi evinizdəki problemi ustaların sayəsində həll edəcək. Texniki problemlərinizi həll etmək üçün onlayn şəkildə əlaqə saxlaya, ustalara müraciət edə bilərsiniz. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Əl işləri saytı əl işlərinin satışı və sifarişi xidmətlərini göstərir. Öz əl işlərini satmaq istəyən istifadəçilər qeydiyyatdan keçərək məhsullarını saytda yerləşdirə bilərlər. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikrilərini və rəylərini  millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər Nominasiyalarda olan nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

 Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015

MilliNet 2017-nin nominantlarını tanıyaq

07-12-2017

Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

09-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

10-12-2016

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015

MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2017

Milli Net 2015 Nominantları hansılardır?

05-12-2015

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016

Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015

MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016

Azərbaycanda kənd məhsulları onlayn satılacaq

15-09-2015

Milli Net-də Nominant statusu alan Facebook səhifələri

16-12-2015

MilliNet 2016 Nominantları hansılardır?

17-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə