Previous Next
Bağla

Startap Günlərində nələr olacaq?

04-11-2015 13:07
Startap Günlərində nələr olacaq?

Məlumat verdiyimiz kimi, noyabrın 6-da Azərbaycanda  Startap Günləri 2015  başlayacaq.

Günlərə hazırlıqlar davam edir.

“Satartap Azərbaycan”nın Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata   görə,  artıq tədbirdə iştirak edəcək qonaqlara dəvatnamələr göndərilib.

Qeyd edək ki, Startap Günləri  3 gün davam edəcək.

Günlərin tədbirlər  proqramının son variantı  da hazırdır və  müsabəqənin rəsmi  saytında yerləşdirilib.

Komitədən verilən  məlumata  görə, Günlər çərçivəsində keçiriləcək konfransın panelçiləri də  artıq təsdiqlənib.

Startap Günlərində bir sıra tədbirlər keçiriləcək.

Belə ki, Startap Günlərinin noyabrın 6-da   saat 14.00-da təşkil olunacaq rəsmi açılış mərasimindən dərhal sonra  “Startap Günləri çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” mövzusunda konfrans  öz işinə başlayacaq. Bundan sonra isə  aşağıdakı ardıcıllıqla tədbirlər olacaq:

-İlk öncə Startap Günlərinin başlanğıcında yeni internet biznesə başlayan və ya bu niyyətdə olanların, gənc startapçıların, həmçinin proqramçılar və dizaynerlərin, marketoloqların səsləndirdiyi innovativ biznes ideyaların yarışması keçiriləcək. Maraqlı innovativ ideyası olanlar qısa müddət (3 dəq.) ərzində öz ideyalarını auditoriyaya təqdim edəcəklər.

-İştirakçıların və ekspertlərin  seçimi ilə  daha çox dəstək qazanan  bir neçə ideya qalib olaraq seçiləcək .

-Daha sonra  bu seçilən ideyalar ətrafında iştirakçılardan ibarət 5 - 7  nəfərlik startap komandaları formalaşacaq .

-Onlar tərəfindən 2 gün ərzində bu ideyalar ətrafında  layihələrin ilkin variantları hazırlanacaq. Layihələrin ilkin variantlarının hazırlanması üçün komandalara  Startap Azərbaycanın ekspertləri və  mentorları köməklik göstərəcək.

-Yekunda Startap komandaları münsiflər qarşısında bu layihələrin qısa müddətli təqdimatlarını edəcəklər və münsiflər layihələr içərisindən daha uğurlu olanları finalçı olaraq seçəcəklər.

-Qalib layihələrə və qalib Layihələrin hər bir iştirakçısına, həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə,  təşkilatçıların və sponsorların  qiymətli hədiyyələri, sertifikatlar  və diplomlar təqdim olunacaq.

-İştirakçılar üçün həmçinin tədbirlər çərçivəsində yerli startup  sahibləri ilə görüşlər və maraqlı təlimlər, tanışlıq məqsədi və əlaqələr qurulması üçün netvorkinqlər təşkil olunacaq.

-Beynəlxalq ekspertin iştirakı ilə internet biznesə maraq göstərənlər üçün xüsusi təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Onu da nəzərinizə çatdıraq ki, Təşkilat Komitəsi tərəfindən artıq Günlər üçün qeydiyyatdan keçmiş şəxsələrə tədbirdə iştirak üçün dəvət də göndərilməyə başlayıb.

Startap Günləri 2015 –in qalib layihələrinə və qalib layihələrin hər bir iştirakçısına sponsorların  qiymətli hədiyyələri və diplomlar təqdim olunacaq. Həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə sertifikat veriləcək.

Startap Günlərinə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, Xəzər Vençur (Khazar Ventures), SİNAM, Bakcell şirkətləri və  ATL Group şirkəti dəstək verir.

Hazırda Günlər üçün qeydiyyat davam edir. Qeyd edək ki, bu məqsədlə yaradılan Facebook-da "event"də də qeydiyyatdan keçmək olar. 

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startap Günləri 2015 sabah başlayır

Startap Günləri 2015 sabah başlayır

05-11-2015
Startap  Günlərinə qeydiyyat başlayıb

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015
Sabah Bakıda Startap Günləri  başlayacaq

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014
Azərbaycanda Startap Günləri keçiriləcək

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015
Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018
Ekspertlər beynəlxalq təcrübələrini  komandalarla  bölüşür-Fotolar

Ekspertlər beynəlxalq təcrübələrini komandalarla bölüşür-Fotolar

07-11-2015
UNEC-də Startap Günləri keçiriləcək

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018
Bakıda Startap Günləri keçiriləcək

Bakıda Startap Günləri keçiriləcək

21-10-2014
Bakıda Startap Günləri keçiriləcək

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018
 Startap Günlərinin proqramı açıqlandı

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018
Növbəti Startap Günlərinə  hazırlıqlar davam edir

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018
Startap Günlərinə hazırlıqlar davam edir

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018
Növbəti Startap Günlərinin proqramı açıqlandı

Növbəti Startap Günlərinin proqramı açıqlandı

27-06-2018
Sabah Startap Günləri başlayır- Nələr olacaq?

Sabah Startap Günləri başlayır- Nələr olacaq?

22-02-2018
 Startap Günlərinin proqramı açıqlandı

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018
Növbəti Startap Günlərinin proqramı açıqlandı

Növbəti Startap Günlərinin proqramı açıqlandı

18-05-2018
“Startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” müzakirə olunacaq

“Startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” müzakirə olunacaq

27-10-2015
Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019
UNEC-də Startap günləri keçiriləcək

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019
Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018
Bakıda Startap Günləri keçirilir-Foto

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018
Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016
Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

21-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə