İT gündəmdə nə var, nə yox?

27-03-2015 / 14:44

Xəbərlər.az “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə biz sosial mediada, İT qruplarda və saytlarda İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Bu günlərdə müzakirə olunan  maraqlı mövzulardan biri Facebook-da yeni qaydaların tətbiqi ilə bağlıdır. Məlum olduğu kimi Facebook-un texniki servisi qaydalarla bağlı açıqlama yayıb. Məqsəd qlobal miqyasda 1,39 milyarddan artıq aktiv istifadəçisi olan Facebook-u universal kommunikasiya platformasına çevirməkdir.
Ətraflı məlumat üçün bu linkə daxil olaraq məlumat əldə edə bilərsiniz. 

Gündəmin daha bir mövzusu İngiltərənin xaker hücumlarından müdafiə şirkətində çalışan həmyerlimiz Miraqşin Abutalıbovun təşkil edəcəyi seminarla bağlıdır. Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. 

Bu arada İT sahibkarlıq sahəsində çalışan Vaqif Abbasov MobChannel adlı yeni layihəni təqdim etdi. Hazırda Beta mərhələsində olan layihə bir ay sonra lokal və qonşu bazarlar üçün yayımlanacaq. MobChannelın ən böyük xüsusiyyəti istifadəçiyə yalnız ona lazımı məlumatların internetdə axtarış etmədən əldə etməsidir.  www.mobchannel.com -a daxil olub ətraflı tanış ola bilərsiniz.  Android app: www.mobchannel.com/app 

Gündəmdə olan digər bir məsələ isə martın 29-u gənclər üçün “şəxsi biznesini necə qurmaq”haqqında təlimin keçirilməsi ilə bağlıdır. Təlim haqqında ətraflı məlumatı təşkilatçıların facebookda yaratdığı eventdə ala bilərsiniz.
https://www.facebook.com/events/838305376245922/ 

Bir neçə gündür Facebook və Twitter-də aktual olan mövzulardan biri də WhatsApp-da zəng funksiyasının Azərbaycana gətirilməsidir. Qruplarda bu mövzu ətrafında qızğın müzakirə gedir. Bəs Whatsappda necə zəng etmək olar? Bu haqda daha geniş məlumatları İT yönümlü qruplardan əldə də bilərsiniz. 

Gündəmin daha bir mövzusu isə “Netty 2015” müsabiqəsi ilə bağlıdır. Müsabiqədə iştiraka  200-dən çox sayt, layihə və proqram təminatı qəbul edilib.“NETTY 2015” müsabiqəsinə iştirakla bağlı ərizələrin qəbulu davam edir. Daha geniş məlumatı netty.az resursundan əldə də bilərsiniz. 

İT sahəsində önəm kəsb edən mövzulardan biri də “Startup Azərbaycan 2015” Müsabiqəsi ilə bağlıdır. Müsabiqədə hələ ki 24 layihə qeydiyyatdan keçib. Startap layihələrin qeydiyyat müddəti mart ayının sonunadək davam edəcək. Layihələr www.startup.az resursunda qeydiyyata alınır. Layihələrlə bərabər investorlar, mentorlar , developerlər və İT mütəxəssislər də bu resursda qeydiyyatdan keçə bilərlər.
Daha ətraflı bu linkə daxil olub məlumat ala bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə