“Eynəksiz 3D” texnologiyasını patentləşdirildi

04-12-2010 / 16:40

“Apple” şirkəti xüsusi stereoskopik eynək tələb olunmayan 3D təsvirin göstərilməsi texnologiyasına dair patent əldə edib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu təsvir üsulu açıqlanıb. Əksetmə qabiliyyətli teksturalı səth üzərində hər bir pikselin proyeksiyası salınır, bundan sonra piksellər hər biri ayrı-ayrılıqda tamaşaçının sağ və sol gözünə “verilir” və nəticədə üçölçülü effekt alınır. Bundan əlavə, sistem hər bir tamaşaçının sağ və sol gözlərinin yerini təyin etmək imkanına malikdir ki, belə vəziyyətdə 3D təsvirə müxtəlif bucaqlardan eyni zamanda bir neçə insan baxa bilər. “Apple” tərəfindən ABŞ Patent və Ticarət Nişanı Bürosuna (USPTO) təqdim edilmiş patent ərizəsində qeyd olunur ki, yeni texnologiya ucuz qiymətli avtostereoskopik 3D-displeylər üçün nəzərdə tutulub ki, istifadəçinin sərbəst hərəkət imkanı olsun.

“Apple”nin 3D-displeyləri üçün xüsusi eynək tələb olunmayacaq. İstifadəçilərin üçölçülü təsvirə baxmaq üçün məhdud görünüş bucağı və ya düz və hərəkətsiz oturmağa ehtiyac qalmayacaq. Bu ilin sonuna kimi bu qurğuların ilk modelləri satışa çıxarılmalıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə