Facebook canlı yayım xidmətini təqdim etdi

04-12-2015 / 10:39

Facebook artıq Periscope və Meerkat kimi canlı yayım xidmətini təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, istifadə baxımından Periscope və Meerkata olduqca bənzəyən Live Videos xidməti Facebook tətbiqlərində status paylaşım bölməsinin altında sağ tərəfdə olacaq.

Bura daxil olduqdan sonra kameranızı aktiv edəcək Facebook-da yayımı başlatmaq üçün başlıq yazaraq və dostunuzu işarələyərək Go Live daxil olaraq canlı yayıma başlaya bilərsiniz. Yuxarı bölmədə izləyicilərin sayına baxmaq və kameranı dəyişdirmək kimi imkanlar da olacaq.

Yayımı izləyən istifadəçilər Subscribe yəni izləmə bölməsinə daxil olaraq istədiyi şəxslərin canlı yayımları başlayan zaman bildiriş alaraq xəbərdar ola biləcəklər.

İlk mərhələdə  ABŞ-dakı iPhone istifadəçilərinə bu gündən etibarən təqdim edilən xidmət daha sonra digər platformalı telefonlarda və ölkələrdə də istifadəyə veriləcək.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə