Facebook noyabr ayında sınaq istifadəsinə başladığı Slideshow xidmətini təqdim edib.
Xeberler.az-ın məlumatına görə, bu özəllik sayəsində istifadəçilər Facebook-da foto və videoları ilə əyləncəli slayd hazırlaya biləcək.
Slideshow ilə xüsusi günlərinizdə çəkdiyiniz video və şəkillərdən, ya da xüsusi albomlardan ibarət bir kolaj film yarada biləcəksiniz.
Slideshow hansı özəllikləri təqdim edir?
Bir-birindən fərqli video effekti, çərçivə və animasiyaların daxil olduğu Slideshow-da filminizə musiqi də əlavə edə bilərsiniz.
Slideshow-un digər maraqlı tərəfi isə fotoşəkil və videoların bir kombinasiyasını təqdim edə bilmə imkanıdır. İstəsəniz, hazırladığınız filmdə yalnız videoları və fotoşəkilləri istifadə edə bilər və yaxud da hər ikisini bir arada edə bilərsiniz.
Slideshow xidməti bu həftənin sonunda iOS istifadəçilərinə təqdim ediləcək. Android üçün istifadəyə veriləcəyi tarix isə bəlli deyil.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri