Previous Next
Bağla

Facebook-dan daha bir yenilik

14-04-2016 11:42
Facebook-dan daha bir yenilik

Facebook təşkil etdiyi  f8 konfransında şirkətin gələcək istiqamətləri barədə vacib məlumatları açıqlayır.

Xeberler.az  xarici mətbuata istinadən məlumat verir ki, artıq Facebook-da yerləşdirlən videoada olan şəxslər Facebook tərəfindən avtomatik  işarələnəcək.

Bununla da videoadakı  şəxslərə görə axtarış edə biləcəksiniz.

Bu barədə f8 konfransında şirkətin rəsmisi Joaquin Quiñonero Candela məlumat verib.

Onun sözlərinə görə, şirkətin hazırladığı süni zəka texnologiyası videolardakı şəxsləri Facebook üzərindən avtomatik işarələyir.

Beləliklə, istifadəçilər özlərinin və dostlarının olduğu videoları axtara biləcək.

İddilara görə, Facebook gələcəkdə videoada siz olan hissəni indeksləməyə başlayacaq.

Məsələn, 4 dəqiqəlik videoda  bir neçə saniyə yer alıbsınız. Bu hissəni də tapmaq istifadəçilərin vaxtını alır.

Gələcəkdə Facebook-un videolarda indeksləmə və işarələmə xidməti sizin olduğunuz hissəni daha tez tapmağa  yardım edəcək.

Xidmətin istifadəyə veriləcəyi tarix  açıqlanmayıb.

Günel

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə