Previous Next
Bağla

Osman Gündüz: Facebook-un bağlanmasından söhbət gedə bilməz

03-12-2014 15:52
Osman Gündüz: Facebook-un bağlanmasından söhbət gedə bilməz

Dünyanın ən nəhəng sosial şəbəkəsi Facebook-dur. Bir çox ölkələrdə Facebook-a giriş qadağan edilib. Analoji hadisə Azərbaycanda baş verə bilərmi?

Milli Məclisin deputatı Fuad Muradov Facebook-la bağlı SİA-ya açıqlama verib: “Hələlik bu barədə rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Hazırda Azərbaycanda hər cür şərait yaradılıb ki, gənclərimiz sosial şəbəkədən istədikləri kimi istifadə etsin. Bununla bağlı heç bir problem yoxdur. Bu gün Facebook istifadəçilərinin sayı dünyada olduğu kimi Azərbaycanda da çoxdur. Ancaq deyə bilmərəm ki, Facebook ölkəmizdə çox populyardır. Doğrudur, yetərincə istifadə edən var. Düşünürəm, dövlətin həyata keçirdiyi tədbirlər var, çünki terrorizmi yayan çağırışlar bəzi Facebook səhifələrində mövcuddur. Bunun da bizim müvafiq dövlət qurumlarımız məşğul olur. Düşünmürəm, belə məsələyə ehtiyac var. Yaxın gələcəkdə ölkəmizin Facebook-dan imtina etməsini gözləmirəm. Əgər belə bir hal baş verərsə alternativ şəbəkələr olmalıdır ki, gənclər istifadə etsin. Əvvəllər bu cür sosial şəbəkələr olmayıb. O demək deyil ki, Azərbaycan gəncləri öz işlərini görməyiblər. Ona görə də mən bu məsələni o qədər də ciddi hesab etmirəm”.

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də münasibət bildirib: “Düşünürəm, ölkəmizdə Facebook sosial şəbəkəsinin bağlanacağı haqqında yayılan söz-söhbətlər əsassızdır. Qlobal informasiya resurslarını Azərbaycan ərazisində qadağan olunması ilə bağlı dövlətin qərar çıxaracağına inanmıram. Çünki qonşu ölkələrin təcrübəsi göstərir ki, həm Türkiyədə, həm Rusiyada da cəhd olundu. Lakin heç bir ölkədə bu müsbət nəticə vermədi. Hesab edirəm, dövlət nümayəndələri də Facebook-dan, sosial mediadan daha effektiv istifadə etməyə çalışırlar, nəinki qadağan etməyi düşünürlər. Elektron hökumətlə bağlı dövlət qurumları Facebook, Twitter və başqalarına inteqrasiya edib. Dövlətin özü xidmətlərini vətəndaşlara çatdırmaq üçün sosial mediadan daha çox istifadə edir. Ölkədə Facebook-un bağlanmasından söhbət gedə bilməz”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Facebook internetin gələcəyinə təhlükə yaradır”

01-12-2010

«Facebook» «Google»ni geridə qoydu

19-09-2010

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı açıqlandı

27-04-2011

Osman Gündüz: «sosial media hansısa inqilabda katalizator ola bilər, amma əsas ola bilməz»

13-03-2013

Facebook istifadəçilərinin sayı 300 milyonu keçdi

18-09-2009

"Facebook"da daha bir yenilik

21-11-2013

Əli Əhmədov: «Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şərait yaradılıb»

14-03-2013

"Facebook" "Google" ilə əməkdaşlıqdan imtina etdi

01-06-2011

Facebook Twitter-i niyə yeyir?

28-11-2014

Facebook daha bir ölkədə qadağan olundu

22-10-2010

“Azərbaycanda “facebook” təhlükəsi var”

11-03-2013

Ölkəmizdə "Facebook"dan 1 milyon 360 min nəfər istifadə edir

04-05-2014

Facebook istifadəçiləri diqqətli olun!!!

09-05-2009

“Microsoft” və “Facebook” sosial axtarış servisi yaradıblar

15-10-2010

“Facebook” istifadəçilərinin sayı 600 milyona çatdı

15-01-2011

“Google”nin də sosial şəbəkəsi olacaq

17-09-2010

İş yerində Facebook

26-03-2012

"Facebook" görüntülü söhbət xidməti təqdim etdi

08-02-2011

Hökumət facebook-dan nə istəyir?

08-05-2013

Azərbaycanda Facebook istifadəçilərinin sayı 153 280 nəfərdir

07-05-2010

Azərbaycanda "Facebook"a qadağa qoyula bilərmi?

23-05-2010

Facebook hər şeyi yaddaşında saxlayır

27-11-2010

Azərbaycanda əhalinin 2,6%-i "Facebook" istifadəçisidir

19-10-2010

“Facebook” Rusiya dövlət KİV-nin reklamlarını qadağan edəcək

26-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə