Previous Next
Bağla

Facebook məşhur startapı satın aldı

10-03-2016 14:00
Facebook məşhur startapı satın aldı

Facebook məşhur üz dəyişdirmə tətbiqi MSQRD -ı satın alıb.

Xeberler.az-ın məlumatına görə, Masquerade bu satınalmanı bloq yazısı ilə elan edib. Facebook da məlumatı təsdiqləyib.

Qeyd edək ki, Belarusiya startap layihəsi olan MSQRD selfie-lər üçün canlı video effekti və məşhurların masqalarını təqdim edir. Belə ki, platformada seçdiyiniz məşhur sizin üzünüz olur.

Facebook-un sözçüsü bildirib ki, Masquerade mükəmməl tətbiqdir və Masquerade ilə işləyəcəkləri üçün çox məmnundurlar.

Masquerade da Facebook ilə əməkdaşlığı müsbət qiymətləndirib.

Qeyd ediblər ki, məhsullarını 1,6 milyard insana təqdim etməyə hazırdılar.

Satınalmanın məbləği isə açıqlanmayıb.

Hər iki tərəfin açıqlamasına görə, MSQRD  iOS ve Android-də ən çox yüklənən proqram olmağa davam edəcək. 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə