Facebook Messenger -ə 1500-dən çox yeni emoji əlavə edildi

02-06-2016 / 15:00

Facebook Messenger-də 1500-dən çox yeni emojiyi istifadəyə verilib.

Xeberler.az məlumat verir ki, Facebook-un yeni emoji paketində diqqət çəkən ən vacib nöqtə ”Müxtəliflilik”(Diversity) mövzusunun yeni paketin əsasının təşkil etməsidir.

Qeyd edək ki, yeni emojilərin bir çoxunda müxtəlif rənglər yer alıb. Beləliklə, istifadəçilər özlərini həmin an ifadə edən emojini rahat formada istədikləri rəngdə qarşı tərəfə göndərə bilirlər.

Messenger-in yeni emoji paketinin ikinci əsas diqqət çəkən məqamı isə qadınlara yönəlik xüsusi emojilərin əlavə edilməsidir. Şirkət qadınların özlərini rahat ifadə edə bilməsini təmin etmək və bunu genişləndirmək üçün bir çox emoji əlavə edib.

Digər bir yenilik isə “Emoji Picker” olub.  Belə ki, klaviaturanın sol üst qisimində olan və dördbucaqlı şəklindəki “Emoji”-yə  basdığınızda “Emoji Picker”-i açırsınız.

Beləliklə, minlərlə  emoji arasından həmin an sizin üçün ən uyğun olanını asanlıqla seçə bilirsiniz.

Facebook yeni emojilərini iOS və Android platformasında bu gündən aktiv edib.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə