Azərbaycanda növbəti dəfə milli sosial şəbəkə yaradılmasına cəhd edilib.
Xeberler.az-ın məlumatına görə, azərbaycanlı gənc Habil Məmmədov tərəfindən yaradılan PosterCat istifadəçilərinə status, şəkil və videoları öz profillərində paylaşmaq imkanı verir.
Belə ki, platformada özünüzə yeni hesab açaraq yeni insanlarla tanış olmaq və onları izləmək, dostlarınızla öz şəkillərinizi paylaşmaq, öz qrupunuzu yaratmaqla izləyicilərinizi bir yerə toplaya bilərsiniz.
Həmçinin Youtube-dan videolar paylaşa bilərsiniz. Bununla yanaşı, statuslara rəy yazmaq üçün PostCat müxtəlif emojilərdən istifadə imkanı təqdim edir.
Platformanın təqdim etdiyi funksiyalar həm dizayn, həm də işləməsinə görə Facebook, Instagram və Twitter-i xatırladır.
Belə ki, Facebook-un təqdim etdiyi xidmətlərin əksəriyyəti PosterCat-da yaradılıb. Şəkillərin bəyənilmə forması da Instagram-ı xatırladır.
PosterCat hazırda Andorid istifadəçiləri üçün təqdim edilib. Proqramı buradan yükləyə bilərsiniz.
Qeyd edilib ki, proqramın iOS üçün istifadəsi də nəzərdə tutulur.
Əvvəllər də bir neçə dəfə Azərbaycanın milli sosial şəbəkəsinin yaradılmasına cəhd edilib, amma bu layihələr müəyyən səbəblərə görə uğursuz alınıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri