“Facebook”dan yeni bir təhlükə

05-03-2009 / 07:46

Dünyada ən çox istifadə edilən sosial şəbəkələrdən biri olan “Facebook”da xaker tələsi davam edir. Facebook daha əvvəlki kimi etibarlı deyil, istifadəçilərin şəxsi şifrələri müxtəlif linklərin basılması ilə oğurlanır. Ötən ilin dekabr aylarında facebook istifadəçilərinin fərdi məlumatlarını əldə edən suallar meydana çıxırdı. Bu kabus indi fərqli şəkildə davam edir. Son vaxtlarda yayılan “Error Check System” üsulu istifadəçilərə profillərinin görünmədiyini xəbərdar edir və şifrələri oğurlayırdı.

Yeni üsul isə Facebook istifadəçilərini guya facebook müqaviləsini pozduğu üçün profilinin silinəcəyi ilə qorxudur və istifadəçiləri göndərdiyi e-poçta ilə əlaqə yaratmağa məcbur edir. Bu əlaqə linki basıldıqda istifadəçinin şifrəsini əldə edən xakerlər ayrıca eyni linki tələyə düşən yoldaşlara da göndərirlər. Belə xaker hücumunun nə qədər istifadəçiyə zərər vurduğu hələ bəlli deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə