Previous Next
Bağla

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

16-09-2016 14:56
Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

Ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınması prosesi davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, bu ilin avqust ayında əlavə olaraq 305 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb. Sistemin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı cari ilin 01 sentyabr tarixinə olan statistikaya əsasən 32 836 nəfər təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  25.5 faiz çoxdur. Sistemdə qeydiyyata alınmış əcnəbilərin 88.4 faizi kişilər, qalanları qadınlardır.

 Fərdi şəxsi hesabı olan əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların sırasında say çoxluğuna görə əvvəllərdə olduğu kimi, yenə də ilk yerləri Тürkiyə (15 257 nəfər), Gürcüstan (3 209 nəfər)  Rusiya (1 880) vətəndaşları tutur.

Sistemdə Özbəkistan (1752 nəfər), Hindistan (1382 nəfər), İran (1032 nəfər), Çin (909 nəfər), Banqladeş (798 nəfər), Pakistan (690 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (642 nəfər) , Ukrayna (539 nəfər) , Türkmənistan (315 nəfər), Filippin (293 nəfər), ABŞ (283 nəfər), Almaniya (266 nəfər), Qazaxıstan (250 nəfər), İtaliya (213 nəfər) və s. ölkələrin vətəndaşları da qeydiyyatdadır. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

12-10-2016

Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

12-01-2017

Fərdi uçot sistemində əcnəbilərin sayı 34 mini keçib

07-02-2017

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlanıb

25-07-2017

Uçot sistemində 37 mindən çox yeni fərdi şəxsi hesab açılıb

02-03-2017

Fərdi uçot sisteminin istifadəçi sayı artıb

07-09-2016

Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

13-08-2015

Nazirlikdə 18770 nəfərə fərdi şəxsi hesab açılıb

15-02-2018

Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

15-09-2017

Fərdi uçot sistemində 71 mindən çox yeni hesab açılıb

04-04-2017

Fərdi uçot sistemindən istifadə sayı açıqlandı

08-11-2017

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015

E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb

21-06-2021

Fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən illə müqayisədə 12,2 faiz artıb

15-07-2013

Ən çox istifadə olunan e-xidmətlərin adları

10-04-2015

“Fərdi qeydiyyata alınanların sayı 3 milyonu ötüb”

24-07-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

Respublika fənn olimpiadalarının informatika üzrə rayon turu keçirilib

12-01-2026

Azərbaycanda İnternetin keyfiyyətindən razısınızmı?

18-10-2008

Azərbaycanda nə qədər Facebook istifadəçisi var?

07-03-2012

Nazirliyin portala qoşulmalı olan informasiya ehtiyatlarına əlavələr edilir

13-11-2015

Ən çox istifadə olunan e-xidmətlər- Siyahı

11-03-2015

“MTN işi” ilə bağlı 15 nəfər həbs edilib

28-10-2015

“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb

28-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə