Previous Next
Bağla

Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

15-09-2017 15:04
Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

Cari ilin yanvar-avqust aylarında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 146 329 nəfərə fərdi şəxsi hesab açılıb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata  görə, bu da ötən ilin müvafiq dövrü (128 964 nəfər) ilə müqayisədə 13,5 faiz çoxdur.

Beləliklə, senytabrın 1-nə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 309 118 nəfər) ilə müqayisədə 6,4 faiz artaraq 3 milyon 519 min 886 nəfərə çatıb.

Azərbaycanın sığorta-pensiya sisteminin vacib elementi olan fərdi uçot sistemi 2006-cı ildən fəaliyyət göstərir. İşləyən vətəndaşların fərdi uçot sistemi ilə əhatə olunması, sistemdə fərdi şəxsi hesaba malik olmaları onların əmək pensiyası hüquqlarının formalaşması üçün əsas rolunu oynayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sığorta münasibətlərinin də elektron infrstruktur üzərində qurularaq şəffaflaşdırılması təmin edilib. “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” və s. e-xidmətlər vasitəsilə vətəndaşlar sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən real vaxt rejimində, rahat və şəffaf şəraitdə istifadə edirlər.

Bununla yanaşı, nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti də əhalinin istifadəsindədir ki, bu e-xidmət hər bir işləyən vətəndaşa fərdi şəxsi hesabında toplanan pensiya kapitalı barədə istənilən vaxt məlumat öyrənməyə imkan verir.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fərdi uçot sistemindən istifadə sayı açıqlandı

08-11-2017

Fərdi uçot sistemində 71 mindən çox yeni hesab açılıb

04-04-2017

Uçot sistemində 37 mindən çox yeni fərdi şəxsi hesab açılıb

02-03-2017

Fərdi uçot sistemində əcnəbilərin sayı 34 mini keçib

07-02-2017

Fərdi uçot sisteminin istifadəçi sayı artıb

07-09-2016

Nazirlikdə 18770 nəfərə fərdi şəxsi hesab açılıb

15-02-2018

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlanıb

25-07-2017

Ötən dövrdə 462,5 min şəxsə e-qaydada fərdi hesab açılıb

26-08-2022

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

8 ayda 13 804 şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

22-09-2022

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

35 minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

12-04-2022

600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb

19-01-2023

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

12-10-2016

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

16-09-2016

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018

“Fərdi qeydiyyata alınanların sayı 3 milyonu ötüb”

24-07-2015

Üç yeni elektron xidmət istifadəyə verildi

16-09-2015

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

09-07-2020

Dövlət Sosial Müdafiə Fondunun e-xidmətlərindən istifadə sayı 2 dəfə artıb

30-09-2015

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə