Previous Next
Bağla

Uçot sistemində 37 mindən çox yeni fərdi şəxsi hesab açılıb

02-03-2017 11:13
Uçot sistemində 37 mindən çox yeni fərdi şəxsi hesab açılıb

Ötən ay Azərbaycanın fərdi uçot sistemində əlavə olaraq  37 846 nəfər şəxsə  fərdi şəxsi hesab açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq fərdi şəxsi hesab açılanların sayında artım dinamikası cari ilin fevral ayında da davam edib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, ötən ay sistemdə əlavə olaraq 37 846 nəfər şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki yanvar ayı (21 545 nəfər) ilə müqayisədə 75,7 faiz çoxdur.

Beləliklə, martın 1-nə qədər fərdi uçot sistemində qeydiyyatda olan vətəndaşların sayı  ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox, yəni 3 431 299 nəfər təşkil edib. Onlardan 59,5 faizi kişilər, qalanları isə qadınlardır.

Sığortaolunanlar arasında 30 yaşa qədər olanlar 685 226 nəfər (20 faiz), 30-40 yaşlarında olanlar 885 389 nəfər (25,8 faiz), 40-50 yaşlarında olanlar 682 563 nəfər (19,9 faiz), 50-60 yaşlarında olanlar 715 281 nəfərdir (20,8 faiz). Qalan sığortaolunanlar 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.  

Fərdi uçot sistemi Azərbaycanın sığorta-pensiya sisteminin vacib elementi olmaqla,  əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün  hər bir sığortaolunan haqqında  məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Sistemdə uçota alınan hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açıldıqdan sonra bunu təsdiqləyən sosial  sığorta şəhadətnaməsi rəsmiləşdirilir və sığortaolunana təqdim edilir.

Sığortaolunan onun üçün açılmış fərdi şəxsi hesabında gələcək pensiya təminatı üçün kapitalı toplamaq imkanı əldə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə  sığortaolunan fərdi şəxsi hesabındakı öz pensiya kapitalının toplanmasına mütəmadi nəzarəti də həyata keçirə bilir.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fərdi uçot sistemində 71 mindən çox yeni hesab açılıb

04-04-2017

Fərdi uçot sisteminin istifadəçi sayı artıb

07-09-2016

Fərdi uçot sistemindən istifadə sayı açıqlandı

08-11-2017

Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

15-09-2017

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlanıb

25-07-2017

Fərdi uçot sistemində əcnəbilərin sayı 34 mini keçib

07-02-2017

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

16-09-2016

Fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən illə müqayisədə 12,2 faiz artıb

15-07-2013

Nazirlikdə 18770 nəfərə fərdi şəxsi hesab açılıb

15-02-2018

Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

13-08-2015

Ötən dövrdə 462,5 min şəxsə e-qaydada fərdi hesab açılıb

26-08-2022

8 ayda 13 804 şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

22-09-2022

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

12-10-2016

35 minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

12-04-2022

600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb

19-01-2023

Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

12-01-2017

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

09-07-2020

“Fərdi qeydiyyata alınanların sayı 3 milyonu ötüb”

24-07-2015

Işə qəbul olunan şəxslər proaktiv qaydada sığortaolunan kimi qeydiyyata alınır

31-01-2020

I rübdə “Pensiya kalkulyatoru" 368 min dəfə istifadə olunub

23-04-2025

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018

“Pensiya kalkulyatoru” elektron xidmətinə 1,3 milyonadək müraciət olub

23-09-2024

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

“Pensiya kalkulyatoru” e-xidmətinə 1,9 milyondan çox müraciət olub

29-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə