Previous Next
Bağla

Fərdi uçot sistemində 71 mindən çox yeni hesab açılıb

04-04-2017 16:00
Fərdi uçot sistemində 71 mindən çox yeni  hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikası  davam edir.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, ilin birinci rübündə sistemdə əlavə olaraq 71 852 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da  ötən ilin ilk rübü (45 837 nəfər) ilə müqayisədə  26 015 nəfər və ya 56,8 faiz çoxdur.

Beləliklə, fərdi uçot sistemində fərdi şəxsi hesaba malik olanların sayı 01 aprel 2017-ci il tarixə 3 443 760  nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi  qadınlardır.

Sistemdə qeydiyyatda olan vətəndaşlardan 683 482  nəfəri (19,8 faiz) 30 yaşa qədər olan, 889 358 nəfəri (25,8 faiz) 30-40 yaş aralığında, 685 049 nəfəri (19,9 faiz) 40-50 yaş aralığında,  717 231 nəfəri (20,8 faiz) 50-60 yaş aralığında olan, qalanları isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.

2006-cı ildən ölkəmizdə fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq,  həmin vaxtdan hər bir sığortaolunan haqqında  məlumatların uçotunun təşkili və aparılması üçün fərdi uçot sistemi işə salınıb.  Sistemdə qeydiyyata alınan hər bir vətəndaş bununla gələcək əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırır və öz pensiya kapitalını toplamaq imkanı əldə edir.

Vətəndaşlar onlara fərdi şəxsi hesab açıldıqdan və bunu təsdiqləyən sosial  sığorta şəhadətnaməsi rəsmiləşdirildikdən sonra hesablarında toplanan pensiya kapitalına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə mütəmadi nəzarət edə bilirlər.

Eyni zamanda, sosial sığorta münasibətləri sahəsində nazirliyin   “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”,  “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər də əhalinin istifadəsindədir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fərdi uçot sistemindən istifadə sayı açıqlandı

08-11-2017

Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

15-09-2017

Uçot sistemində 37 mindən çox yeni fərdi şəxsi hesab açılıb

02-03-2017

Fərdi uçot sisteminin istifadəçi sayı artıb

07-09-2016

Fərdi uçot sistemində əcnəbilərin sayı 34 mini keçib

07-02-2017

Fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən illə müqayisədə 12,2 faiz artıb

15-07-2013

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlanıb

25-07-2017

Ötən dövrdə 462,5 min şəxsə e-qaydada fərdi hesab açılıb

26-08-2022

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

12-10-2016

8 ayda 13 804 şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

22-09-2022

35 minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

12-04-2022

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

16-09-2016

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb

19-01-2023

Nazirlikdə 18770 nəfərə fərdi şəxsi hesab açılıb

15-02-2018

Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

13-08-2015

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

Işə qəbul olunan şəxslər proaktiv qaydada sığortaolunan kimi qeydiyyata alınır

31-01-2020

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

09-07-2020

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

12-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə