Fotonu mobil telefonda necə redaktə etməli ?

18-08-2015 / 15:11

Smartfonlar günü-gündən daha keyfiyyətli şəkil çəkir, bu isə rəqəmsal fotoaparatlara olan marağı azaldır. Smartfon kameralarının istifadəçiyə təqdim etdiyi ən böyük üstünlüklərdən biri çəkdiyiniz şəkillər üzərində qısa zamanda düzəlişlər etmə imkanıdır.

Xeberler.az olaraq, mobil telefonlarda asanlıqla istifadə edəcəyiniz foto redaktə mobil tətbiqlərini təqdim edirik.

Adobe Photoshop Express:

Adobe Photoshop Express adlı mobil tətbiq vasitəsilə şəkilləri kəsmək, sağa-sola, yuxarı-aşağı çevirmək, rəngini dəyişmək, müxtəlif effektlər seçmək mümkündür. Həmçinin, Facebook və Twitter hesablarınıza mobil tətbiqi əlaqələndirib asanlıqla şəkillərinizi paylaşa bilərsiniz. Proqramın “Exspress” versiyasını Play Store və App Store-dan pulsuz yükləyə bilərsiz. Daha professional versiyası olan Adobe Photoshop Touch-ı yükləmək üçün isə ödəniş etməlisiniz.

 

PicsArt

PicsArt proqramı hərtərəfli olduğuna görə, Android və iOS bazarında ən çox yüklənən foto redaktə proqramlarından biridir. Proqram həm şəkili redaktə edən, həm kamera tətbiqi, həm də sosial platformadır. Həmçinin tətbiqin daxilində şəkillərinizi effekt və dekorativ vasitələrlə dəyişə biləcəyiniz dizayn proqramı da var. Düzəltdiyiniz şəkilləri SMS və ya e-mail vasitəsilə dostlarınıza göndərə, proqramın köməyi ilə sosial şəbəkələrdə paylaşa bilərsiniz. PicsArt-ın fərqli xüsusiyyətlərindən biri öz sosial platformasının olmasıdır.

 

Photo Collage Editor

Bu mobil tətbiqin köməyi ilə şəkillərinizi birləşdirə bilərsiniz. Həmçinin bu şəkillərə effekt verə, emosiyaları ifadə edən simvollar əlavə edə bilərsiniz. 120-dən çox çərçivə nümunəsinə sahib proqramı Play Store-da pulsuz yükləyə bilərsiniz.

 

 

Aviary Photo Editor

Aviary Photo Editor-un şəkli sağa-sola, yuxarı-aşağı çevirmək, kəsmək, düzəltmək kimi standart funksiyalardan əlavə, mətn əlavə etmək, qırmızı göz rəngini silmək, makiyaj etmək kimi özəllikləri var. Bu proqramın köməyi ilə şəkillərinizin altına gülməli ifadələr yazıb dostlarınızla paylaşa bilərsiniz. Aviary Photo Editor-un pulsuz mobil tətbiq olmasına baxmayaraq, bəzi effektlərdən istifadə etmək üçün pul ödəməlisiniz.

Insta Emoji Photo Editor

Emosiyaları şəkillərinizə əlavə edib daha maraqlı və əyləncəli şəkillər düzəltmək üçün bu foto redaktə proqramından istifadə etmək mümkündür. Buna bənzər bir çox mobil tətbiqlər olsa da, onların arasında ən yaxşısı sayılan bu proqram yalnız App Store-da mövcuddur.

 PIP Camera - Photo Effect

PIP Camera mobil tətbiqi vasitəsilə yaradıcı və fərqli şəkillər düzəltmək daha asan olacaq. Fərqli çərçivələrə sahib proqramı Play Store və App Store-dan pulsuz yükləyə bilərsiniz.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə