Previous Next
Bağla

Smartfonlar üçün geniş funksiyalı fotoredaktor - Enlight

16-10-2015 14:03
Smartfonlar üçün geniş funksiyalı fotoredaktor - Enlight

Bir çox insan smartfonla fotoşəkil çəkməyi sevir, hətta smartfonlardan peşəkar çəkilişlər üçün istifadə edənlər də var. Şəkli çəkdikdən sonra bir çox halda onu redaktə etməyə ehtiyac yaranır.

Xeberler.az olaraq bu ehtiyacı qarşılamağa iddialı olan Enlight-smartfonlar üçün geniş funksiyalı fotoredaktor tətbiqini  təhlil edəcəyik.

Tətbiq hələlik sadəcə iOS platformasında həm iPhone, həm də iPadlər üçün mövcuddur. Şirkət hələ Android versiyası üçün mövcud planların olmadığını bildirir.

Tətbiq olduqca sadə və rahat interfeysə sahibdir. Aşağıda “Camera Roll” bölməsində şəkillərin üzərində barmağınızı sağa-sola sürüşdürməklə sizə lazım olan şəkli tapa bilərsiniz. Əgər bütün şəkilləri görmək istəyirsinizsə, bunun üçün bölmənin üstündə yerləşən bənövşəyi xətti yuxarı sürüşdürmək kifayət edir.

Lazımi şəkli seçdikdən sonra sağ-üst tərəfdəki menyunu seçərək alətlər bölməsini görə bilirsiniz. Burada siz şəklin ölçülərini dəyişə və ya şəkli kəsə, ümumi parlaqlıq, kontrast xüsusiyyətlərini seçə, şəkilə müxtəlif filtirlər tətbiq edə, başqa şəkillərlə birləşdirə, üzərində şəkillər çəkə və ya yazılar yaza, müxtəlif kollajlar düzəldə və ya çərçivələrə yerləşdirə bilərsiniz. Tətbiq mobil fotoredaktor kimi olduqca geniş funksiyalara sahibdir. Bunlardan bəzilərini tətbiq edərək həm necə edildiyini, həm də nəticələrini göstərəcəyik.

Məsələn “İmage” bölməsini seçdikdə onun alt-bölmələrini görünür. Biz buradan “Adjust” alt-bölməsini seçirik.

“Adjust” bölməsinə daxil olduqdan sonra digər bölmələrdə olduğu kimi aşağıda “Presets”, “Tools” və “Mask” bölmələri açılır. “Presets” bölməsində əvvəlcədən təyin olunmuş müxtəlif sazlamaları seçirsiniz. “Tools” bölməsində isə bütün sazlamaları fərdi qaydada bir-bir özünüz tənzimləyirsiniz. “Mask” bölməsi isə təyin olunmuş sazlamalar üzrə bəzi düzəlişləri etmək üçündür.

“Presets” bölməsində “Crisp” sazlamasını seçirik. Göründüyü kimi burada seçilən sazlamanın üzərində rəqəmlər görünür ki, bu rəqəmlər sazlamalanın təsirlilik faizi göstəricisidir. Bunu azaldıb artırmaq üçün barmağınızı ekranın üzərində sola-sağa sürüşdürməyiniz kifayətdir.

Əsas menyudan “Filters” bölməsini seçirik. Buradan istədiyimiz filtri seçərək eyni qaydada onu təsirliliyini nizamlayırıq.  Aşağıdakı filtrlər bölməsinin üzərində, sağ-alt düyməsini seçdikdə şəklin filtrsiz görüntüsünü görərək rahatlıqla müqayisə apara bilirik.

Sol-yuxarıda yerləşən loqonu seçdikdə belə bir tənzimləmə bölməsi açılır. Bu bölmədə Siz redaktə edilmiş şəkilləri hansı formatlarda və hansı həcmdə yadda saxlanılmasını seçə bilirsiniz. Qeyd edək ki, tətbiq yalnız 16 meqapikselə qədər fotoşəkilləri qəbul edir ki, bu nəinki smartfonlarla çəkilmiş şəkillər, hətta bir sıra professional kamera ilə çəkilmiş şəkillərin də redaktəsinə imkan verir.

Şəklin redaktəsini tamamladıqdan sonra yuxarıda yerləşən paylaşma bölməsinə daxil oluruq. Burada “Save Photo”nu seçərək şəkli yaddaşda saxlaya, əgər redaktəni tamam bitirməmisinizsə, “Save Session”ı seçərək etdiyiniz düzəlişləri tətbiqin yaddaşında saxlaya bilərsiniz. Həmçinin şəklinizi buradan bir-başa sosial media da paylaşa bilərsiniz. Müqayisə üçün şəklin redaktədən əvvəlki və sonraki vəziyyətinə göstərəcəyik.

Fotoşəkil çəkməyə həvəskar olan  və bu şəkillər üzərində professional redaktə edə bilmək arzusundan olan şəxslər bu tətbiqi 3,99$ ödəməklə AppStore-dan yükləyə bilərlər.

 

Murad Məmmədzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Google Photos tətbiqindən necə faydalanmaq olar?

Google Photos tətbiqindən necə faydalanmaq olar?

22-09-2015
Fotonu mobil telefonda necə redaktə etməli ?

Fotonu mobil telefonda necə redaktə etməli ?

18-08-2015
Görəcəyiniz işlərin elektron siyahısını hazırlayan tətbiq

Görəcəyiniz işlərin elektron siyahısını hazırlayan tətbiq

01-10-2015
BethClip-lə şəklinizi telefondan kompüterə yükləyə bilərsiniz

BethClip-lə şəklinizi telefondan kompüterə yükləyə bilərsiniz

02-10-2015
Bu tətbiqlə onlayn kurslara pulsuz qatıla biləcəksiz

Bu tətbiqlə onlayn kurslara pulsuz qatıla biləcəksiz

10-10-2015
 Facebookda bilməniz lazım olan 10 təhlükəsizlik nizamı

Facebookda bilməniz lazım olan 10 təhlükəsizlik nizamı

09-02-2011
iPhone və iPad-lərə necə pulsuz musiqi yükləmək olar?

iPhone və iPad-lərə necə pulsuz musiqi yükləmək olar?

23-02-2016
Facebook-da növbəti yenilik

Facebook-da növbəti yenilik

28-03-2015
Kompüterdən Instagam-a necə şəkil yükləmək olar?

Kompüterdən Instagam-a necə şəkil yükləmək olar?

18-02-2016
Twiterdə şəkil paylaşmaq daha sadə oldu

Twiterdə şəkil paylaşmaq daha sadə oldu

10-08-2011
Iphone şəkillərin keyfiyyətini yaxşılaşdıracaq

Iphone şəkillərin keyfiyyətini yaxşılaşdıracaq

02-09-2019
Televizorda Skype video-zənglərini necə etmək olar?

Televizorda Skype video-zənglərini necə etmək olar?

12-11-2015
Facebook-dakı şəkillər silinmir

Facebook-dakı şəkillər silinmir

26-05-2009
Ucuz smartfonlar üçün foto proqram optimallaşdırılıb

Ucuz smartfonlar üçün foto proqram optimallaşdırılıb

27-07-2019
Google süni intellektin redaktə etdiyi şəkilləri ayıracaq

Google süni intellektin redaktə etdiyi şəkilləri ayıracaq

27-10-2024
Viruslarla bağlı xəbərdarlıq

Viruslarla bağlı xəbərdarlıq

09-06-2015
Fotonu redaktə edən yerli mobil tətbiq hazırlandı

Fotonu redaktə edən yerli mobil tətbiq hazırlandı

13-01-2015
Kaspersky mütəxəssisi Telegram-ı daha etibarlı istifadə etmək üçün tövsiyyələr verib

Kaspersky mütəxəssisi Telegram-ı daha etibarlı istifadə etmək üçün tövsiyyələr verib

25-01-2021
Microsoft Office-ə alternativ pulsuz ofis proqramları

Microsoft Office-ə alternativ pulsuz ofis proqramları

17-11-2015
İnstaqramın Yaxın dostlar funksiyası Tvitterə tətbiq olunub

İnstaqramın Yaxın dostlar funksiyası Tvitterə tətbiq olunub

29-05-2022
Televizorda verilişləri necə yaddaşa yazmaq olar?

Televizorda verilişləri necə yaddaşa yazmaq olar?

24-11-2015
Smartfonlarınız sizi necə izləyir?

Smartfonlarınız sizi necə izləyir?

17-01-2018
Votsapda göndərilmiş mesajları redaktə etmək olacaq

Votsapda göndərilmiş mesajları redaktə etmək olacaq

03-06-2022
Qeyd aparmaq üçün ən yaxşı mobil tətbiqlər-Video

Qeyd aparmaq üçün ən yaxşı mobil tətbiqlər-Video

10-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə