Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “PashaPay” MMC-nin birgə təşkilatçılığı ilə “Qayıt İş” layihəsi çərçivəsində Füzuli şəhərində “Bir ekosistem” daxilində “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verilib.
Xeberler.az bildirir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “Bir ekosistem”in rəsmi nümayəndələri olan “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov və “PashaPay” MMC-nin baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər. Mərkəzdəki iş masalarında, o cümlədən “m10” Çağrı mərkəzində xidmətlərin göstərilməsi prosesi nəzərdən keçirilib.
Qeyd edilib ki, dövlət və özəl sektor əməkdaşlığının daha bir uğurlu nümunəsi olan “Qayıt İş” layihəsi işğaldan azad edilmiş ərazilərin sakinləri üçün dayanıqlı iş yerləri yaratmaq məqsədi daşıyır. Həmçinin, layihə bölgədə sosial-iqtisadi inkişaf proseslərinə, rəqəmsal ödəniş xidmətlərinin genişlənməsinə töhfə verməyə hədəflənib.
Füzuli şəhərinə qayıdan sakinlərdən 14 nəfər Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında “m10” və Milliön Telesatış mərkəzində işlə təmin edilib. Yaxın vaxtlarda mərkəzin işçilərinin sayının 20 nəfərə çatdırılması nəzərdə tutulur.
“PashaPay” MMC tərəfindən namizədlər üçün rəqəmsal ödəniş sistemləri, müştəri xidmətləri və telesatış sahələri üzrə peşə və yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər də təşkil olunur.
Azad edilmiş ərazilərə köçürülmüş vətəndaşların doğma yurd yerlərində məşğulluğunun təminatına yönələn birgə layihələrin qarşıdakı dövrdə də davam etdiriləcəyi bildirilib.




Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları