Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə “DOST Müfəttiş” layihəsi, ƏMAS (Əmək və Məşğulluq altsistemi) və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər mövzusuna həsr edilmiş tədbir keçirilib.
Xeberler.az bildirir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri İlham Həsənov tədbir iştirakçılarına Xidmət və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə birgə icra olunan “DOST Müfəttiş” layihəsinin əhəmiyyəti barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyət ətraflı qiymətləndirilir, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilir. Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır. Layihə, həmçinin müəssisələrə əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təşkilinə yardım edir. İ.Həsənov qeyd edib ki, artıq 2 müəssisədə bu layihə uğurla həyata keçirilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı “DOST Müfəttiş” layihəsinin əmək bazarı iştirakçıları üçün əhəmiyyətli olduğunu və layihənin sahibkarlığın inkişafına töhfə verəcəyini bildirib.
Tədbirdə “DOST Müfəttiş” layihəsi, Əmək və Məşğulluq altsisteminə əlavə edilmiş son funksionallıqlar, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər və SİMA rəqəmsal imza mövzularına dair təqdimatlar nümayiş etdirilib.
100-ə yaxın işəgötürənin iştirakı ilə keçirilən interaktiv tədbirdə onları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri