Gələn il istehsal ediləcək bütün “iPhone”lar 5G-ni dəstəkləyəcək

21-07-2021 / 13:26

2022-ci ildə istehsal ediləcək bütün “iPhone” modelləri 5G texnologiyası ilə təchiz ediləcək.

Xeberler.az bildirir ki, 5-ci nəsil mobil rabitəni dəstəkləyən aşağı büdcəli “iPhone” artıq gələn ilin ilk yarısında təqdim olunacaq. Cihaz bu il "Premium" sinifə aid “iPhone”larda istifadə olunacaq A15 prossesoru ilə işləyəcək.

5G-yə qoşulma isə “Qualcomm X60” modemi vasitəsilə həyata keçiriləcək.

Məlumata görə, SE-nin əvvəlki modelləri kimi aşağı büdcəli “iPhone” daha mükəmməl olan OLED displeyə deyil, 4,7 düym ölçülü maye kristalik ekrana malik olacaq və “iPhone 8”-in yenilənmiş versiyasına bənzəyəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə