KGI Securities şirkətinin analitiki Minq-Çi Kuon 2018-ci ildə buraxılacaq Apple smartfonları ilə bağlı proqnozlarını bölüşüb.
Analitikin fikrincə, 2018-ci ildə Apple smartfonları LTE mobil rabitə standartının sürətini daha da artıracaq Intel XMM 7560 və Qualcomm Snapdragon X20 odemləri ilə təchiz olunacaq.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, yeni çiplər 4x4 MIMO texnologiyasını dəstəklədiyi halda hazırkı nəsil iPhone modelləri 2x2 MIMO texnologiyasından istifadə edir.
Bundan başqa, şirkət analitikinin proqnozuna görə, 2018-ci il Apple modelləri 2 SİM kartla işi dəstəkləyəcək. Bu halda hər iki SİM kart bir prosessor dəstindən istifadə etməklə eyni anda LTE rejimində işləyə biləcək.
Bir müddət əvvəl Minq-Çi Kuon Apple şirkətinin 2018-ci ildə iPhone X modeli əsasında üç yeni smartfon buraxacağını bildirib.
Proqnoza görə, iki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) OLED ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) LCD displeylə təchiz ediləcək.
Bildirilir ki, dizayna görə hər üç smartfon iPhone X modelinə bənzəyəcək. Bundan başqa, onlar True Depth kamerasına malik olacaq.
Ekspertin proqnozuna görə, LCD modelinin qiyməti 649-749 dollar arasında dəyişəcək. OLED modellərinin ehtimal olunan qiyməti barədə məlumat verilmir.
KGI Securities şirkətinin daha əvvəlki proqnozuna görə, Apple şirkəti 2018-ci ildə Touch ID texnologiyasından (smartfonun barmaq izinə görə blokdan çıxarılması) imtina edərək Face I (smartfon istifadəçisinin sifətini tanıyır) texnologiyasından istifadəyə keçəcək.
Bundan əlavə, OLED modelləri üçün paslanmayan poladdan təkmilləşdirilmiş korpusun hazırlanacağı gözlənilir.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət