Previous Next
Bağla

Azərbaycan Çində keçirilən Dünya İnternet Konfransında təmsil olunub

22-11-2024 18:40
Azərbaycan Çində keçirilən Dünya İnternet Konfransında təmsil olunub

Çinin Cıcian əyalətinin Ucen şəhərində Dünya İnternet Konfransı keçirilib.

Xeberler.az məlumat verir ki, “İnsan mərkəzli və süni intellektlə rəqəmsal gələcəyi əhatə etmək - Kiberməkanda ortaq gələcəkli bir cəmiyyət qurmaq” mövzusunda keçirilən konfrans texnologiya idarəçiliyi, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi mövzularda 24 alt forumdan ibarət olub.

Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin videomüraciəti yayımlanıb, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şulei, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Cunhua, tanınmış internet və rəqəmsal inkişaf şirkətlərinin rəhbərləri çıxış ediblər. Tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, aparıcı internet şirkətlərinin nümayəndələri, o cümlədən ekspertlər, alimlər və media mütəxəssisləri də daxil olmaqla 1800-dən çox iştirakçı bir araya gəlib.

Dünya İnternet Konfransı çərçivəsində süni intellekt üzrə xüsusi komitənin yaradılması, beyin mərkəzlərinin əməkdaşlıq proqramının işə başlaması və beynəlxalq rəqəmsal təlim institutunun yaradılması elan olunub.

Dünya İnternet Konfransının “Qlobal Gənc Liderlik” Proqramına seçilmiş 17 ölkənin, o cümlədən Çin, Braziliya, Rusiya, Malayziya, Cənubi Koreya, İsveçrə və Böyük Britaniyanın nümayəndələri tədbirdə iştirak ediblər. Azərbaycandan Vyana Universitetinin doktorantı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti Aytən Əliyeva qlobal gənc lider mükafatına layiq görülüb.

“Rəqəmsal gələcək və gənclik” adlı subforumda “Rəqəmsal əməkdaşlıq və gənclərin rolu” mövzusunda çıxış edən A.Əliyeva Azərbaycanın iqtisadi potensialı, Şərq ilə Qərb arasında ticarət və nəqliyyat yollarında əlverişli mövqeyi, yaşıl inkişafla bağlı təşəbbüsləri barədə danışıb, “Avropa İttifaqı-Çin nəqliyyat əlaqələndirməsi və Cənubi Qafqaz regionunun rolu” adlı araşdırma layihəsi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti haqqında məlumat verib. (Azırtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

06-09-2025

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

“Azərpoçt” Çində keçirilən beynəlxalq seminarda təmsil olunub

05-08-2025

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

Bakcell beynəlxalq konfransa dəstək olub

25-10-2017

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

“AzInTelecom” “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında!

11-05-2023

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi maraqla qarşılanır

01-11-2022

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

07-12-2017

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

22-11-2019

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

12-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə