Previous Next
Bağla

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019 13:05
Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

Xeberler.az bildirir ki, 2018-ci ildə start götürən və 2030 gənci əhatə etmiş “New Generation” layihəsinin bağlanış mərasimi keçirilib. “Coca-Cola” Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən “New Generation” layihəsinin bağlanış mərasimi və final mərhləsi olan “pitch day” Innovasiyalar Agentliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib. “Pitch Day” həmçinin müxtəlif sahələrdən olan şəxslərin və sahibkarların şəbəkələşməsi üçün də böyük imkanlar yaradıb.

“New Generation” layihəsi çərçivəsində 4 iqtisadi regiondan (Abşeron, Quba Xaçmaz, Şəki-Zaqatala və Gəncə- Qazax) layihənin 4 mərhələsini yekunlaşdırmış 17 sahibkar investorlar qarşısında həyəcanla dolu çıxışlar edərək öz bizneslərini təqdim edib. Daha sonra münsiflər heyətinin gərgin müzakirələrinin ardından qaliblər seçilib. Mükafatlandırılan sahibkarlar tələbələr üçün platforma olan “Buqelemun” layihəsi ilə Aslan Məmmədli, 10.000 manat, istifadəçilərin öz xidmətlərini rəqəmsallaşdıracağı veb-sayt hazırlanması üzrə fəaliyyət göstərən “Owbike” layihəsi ilə Həsənağa Azad, 5000 manat; vakansiyaların ümumi toplanması və mübadiləsi üçün fəaliyyət göstərən “Vakantyer” layihəsi ilə Cavid Əhmədov, 3000 manat; xüsusi diqqətə ehtiyacı olan uşaqlara xidmət göstərən, inkluziv uşaq bağçası “Uğur Birlik” layihəsi ilə Elnarə Qaraxanova, 2000 manat investisiya qazanıb.

Qalib olan layihələrdən “Buqelemun” və “Vakantyer” Quba-Xaçmaz iqtisadi regionundan, “Uğur Birlik” Gəncə-Qazax iqtisadi regionundan, “Owbike” isə Abşeron iqtisadi-regionunu təmsil edərək layidə iştirak edib. Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev, “Avropa İttifaqının Gənc Sahibkarlar Assosasiyası”nın birinci vitse-prezidenti və Qlobal Komitəsinin rəhbəri Patrick Kovacs, Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icracı direktoru Azər Bayramov, İsrail Səfirliyinin Birinci katibi və Missiya Rəhbərinin müavini Avital Rosenber, Prezident Administrasiyasının rəsmiləri, ABAD, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, digər dövlət və biznes qurumlarının, həmçinin KİV nümayəndələri, “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşları, gənc sahibkarlar və startapçılar iştirak edib.

Açılış nitqində çıxış edən “Youth Inc.” Sahibkarlıq Proqramının həmtəsisçisi Şahin Seyidzadə proqramın 2011-ci ildən bəri olan fəaliyyət yolu, uğurları və nəticələri haqqında məlumat verib. Şahin Seyidzadə öz çıxışında 2011- ci ildə ölkə başçısı Cənab Prezident İlham Əliyevlə görüşün nəticəsində atılan addımın artıq bu gün
Azərbaycanda sahibkarlığın inkişafına böyük töhfələr verdiyini qeyd edib. Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev öz çıxışında “New Generation” layihəsi timsalında gənclərin sahibkarlıq fəaliyyətinə olan dövlət dəstəyindən, 8 il ərzində “Youth Inc.” Sahibkarlıq Proqramının əhatə etdiyi gənclərdənvə sahibkarlığın inkişafı üçün atılan addımlardan bəhs edib. Həmçinin çıxış edən “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib ki, “Coca-Cola” şirkəti hər zaman gənclərin sahibkarlıq təşəbbüslərini qiymətləndirir və fərqli yollarla dəstəkləyir.

Uğurla yekunlaşmış “New Generation” layihəsində olan fəaliyyətlərdən yararlanmış və investisiya qazanacaq biznes layihələr də bunların bir qismidir.
Tədbirin davamında çıxış edən “Avropa İttifaqının Gənc Sahibkarlar Assosasiyası”nın birinci vitse-prezidenti və Qlobal Komitəsinin rəhbəri Patrick Kovacs “Youth Inc.” tərəfindən icra edilmiş bu tipli layihələrin Azərbaycanda gənc sahibkarların və sahibkarlıq ekosisteminin inkişafına necə böyük dəstək verməsindən, həmçinin artıq 7 ildir davam edən qarşılıqlı tərəfdaşlıqdan söhbət aparıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

13-02-2019

Youth Inc. mükafata layiq görülüb

07-08-2019

New Generation Pitch Day təşkil olunacaq

18-07-2019

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016

Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

18-08-2016

“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015

Startapçılar İsrailli eskpert ilə görüşüb

29-07-2019

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018

GəncLİK proqramının açılış mərasimi keçirilib

08-10-2019

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017

İKT şirkətləri vergi dəyişiklikləri barədə məlumatlandırıldı

15-02-2019

Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

03-12-2015

"Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başa çatıb - FOTO

05-06-2023

Twitter-də Oyunlara dəstək olanlar mükafatlandırılıb

12-06-2015

Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə